Si Cinpin Şimali Koreyaya səfər edir: Qlobal güc balansında yeni gərginlik
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Çin lideri Si Cinpin ölkənin ən yaxın müttəfiqlərindən biri olan Şimali Koreyaya mühüm səfər edəcək.
Turkustan.az xəbər verir ki, Rusiya ilə münasibətlərinin güclənməsi və bu əməkdaşlığın ölkəni qismən iqtisadi təcriddən çıxarması Şimali Koreyanın Sakit okean regionunda rolunu daha da artırıb.
Si Cinpinin Kim Çen In ilə keçiriləcək iki günlük görüşdən Qərbə qarşı daha vahid mövqe formalaşdırmaq üçün istifadə edəcəyi gözlənilir. Eyni zamanda, bu səfərin Şimali Koreyanın hələ də Çinin təsir dairəsində olduğunu göstərmək məqsədi daşıdığı bildirilir.
Lakin Şimali Koreya son illərdə daha geniş manevr imkanları əldə edib və bu imkanlardan istifadə edərək Çin və Rusiya arasında balans saxlamağa çalışır.
Analitiklər hesab edirlər ki, Çin Şimali Koreya üzərində təsirini gücləndirməyə çalışacaq. Lakin Kim Çen In Çinin kiçik tərəfdaşı kimi qəbul olunmaqdan narazıdır və Rusiya ilə yaxınlaşmadan istifadə edərək Pekindən daha çox iqtisadi güzəşt əldə etmək istəyir.
Əgər Şimali Koreya bu iki böyük güc arasında balansı qoruya bilsə, Kim Çen In öz nüvə proqramını daha az təzyiq altında inkişaf etdirə bilər. Bu vəziyyət Sakit okean regionunda gərginliyi artıra bilər və ABŞ müttəfiqləri üçün təhlükəsizlik narahatlıqları yarada bilər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 05 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















