Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, "The Wall Street Journal"ın (WSJ) məlumatına görə, Si Cinpin son anda Nyu-Dehlidə BRICS sammiti çərçivəsində dünya liderləri ilə keçirilən şam yeməyində iştirakdan imtina edib.
Nəşrin mənbələrinin sözlərinə görə, buna səbəb Çin liderinin özünü pis hiss etməsi olub.
Şam yeməyində Si Cinpini Çinin xarici işlər naziri Van İ əvəz edib.
Si Cinpinin iştirak etməməsi ABŞ-yə planlaşdırılan səfərinə bir neçə gün qalmış onun səhhəti ilə bağlı fərziyyələrə səbəb olub. Nəşr qeyd edib ki, Çin liderinin səhhəti ilə bağlı suallar həm də aydın şəkildə müəyyən edilmiş varisin olmaması ilə əlaqədardır.
Bununla belə, Si Cinpinin səhhəti ilə bağlı rəsmi məlumat yoxdur. Çin lideri özü də səhhətinin pis olması barədə məlumatı təsdiqləməyib.
Si Cinpin ABŞ-yə səfər etməli və ABŞ Prezidenti Donald Trampla görüşməlidir. Hazırda Çin liderinin planlarının dəyişməsi barədə heç bir məlumat yoxdur.
Baxış sayı:161
Bu xəbər 20 Sentyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















