Icma.az
close
up
RU
Sibiqa Rusiyanın hücumlarından sonra ABŞ və Aİ yə sərt çağırış etdi

Sibiqa Rusiyanın hücumlarından sonra ABŞ və Aİ yə sərt çağırış etdi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın ölkəyə qarşı həyata keçirdiyi növbəti kütləvi raket və dron hücumlarına reaksiya verib. 

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

Onun sözlərinə görə, Rusiya işğalçıları terror fəaliyyətlərini davam etdirir, yüzlərlə dron və raket buraxaraq yaşayış məntəqələrini dağıdır, mülki vətəndaşları öldürür və şikəst edir.

"Xüsusilə dəhşətli zərbələr Çernovtsi, Lvov və Luçsk şəhərlərinə dəyib, digər bölgələr də zərər çəkib”, deyə Sibiqa X sosial şəbəkəsindəki paylaşımında bildirib.

Nazir bir daha Qərbi Rusiyanın neft gəlirlərindən məhrum etməyə çağırıb. Onun fikrincə, bu gəlirlər Rusiya tərəfindən hərbi cinayətlərə çevrilir və ölkənin Ukraynaya qarşı gündəlik terroruna əsas yaradır.

"Rusiya hərbi maşını hər gün yüzlərlə terror vasitəsi istehsal edir. Onun miqyası təkcə Ukrayna üçün deyil, bütün transatlantik icma üçün təhdid təşkil edir. Partnyorlarımızın maraqlarına uyğundur ki, bu terror fabrikinə tezliklə güclü sanksiyalarla zərbə vursunlar: Avropa İttifaqının 18-ci sanksiyalar paketi və Qrem-Blumental qanun layihəsi qəbul edilməlidir. Putini ölüm fabrikinin maliyyələşdirilməsindən dərhal məhrum edin”, deyə diplomat vurğulayıb.

Xatırladaq ki, 12 iyula keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı raket və dron hücumu həyata keçirib. Bir çox şəhərlərdə infrastruktur və yaşayış evlərinə zərbələr endirilib – xüsusilə Lvov və Xarkov şəhərlərində ciddi dağıntılar baş verib.

Lvovda Metropolit Andrey və Yelena Stepanovna küçələrində yerləşən iki çoxmərtəbəli yaşayış binası zərər görüb: fasad qismən dağılıb, pəncərələr və qapılar sınıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb.

Xarkova isə 10 hücum həyata keçirilib – bunlardan ikisi KAB bombaları, səkkizi isə döyüş dronları olub. Şəhər meri İqor Terexovun sözlərinə görə, üç nəfər xəsarət alıb.

Çernovtsidə isə Rusiya ordusu 4 ədəd "Şahed" tipli dron və 1 raketlə hücum təşkil edib. Nəticədə 26 yaşlı bir qadın və 43 yaşlı bir kişi həlak olub, dörd nəfər ağır yaralanıb – onların həyatı uğrunda həkimlər mübarizə aparır.

Bölgə qubernatoru Ruslan Zapranyuk bildirib: "Sübh vaxtı ruslar bölgəmizə 4 "Şahed" dronu və 1 raketlə hücum etdilər. Təəssüf ki, düşmən dronlarının qalıqlarının düşməsi nəticəsində iki nəfər həyatını itirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri