Icma.az
close
up
RU
Sidney terrorunda “İŞİD” izi...

Sidney terrorunda “İŞİD” izi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyanın Sidney şəhərində qanlı terror hadisəsi baş verib. Belə ki, dekabrın 14-də “Bondi” çimərliyində yəhudilərin Hanuka bayramı qeyd edilən zaman insanlara atəş açılıb. Bayram tədbirində təxminən iki minə qədər yəhudinin iştirak etdiyi bildirilir. İki nəfərin hücumu nəticəsində son məlumatlara görə, 16 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.

Həlak olanlar arasında 10 yaşlı qız, təqaüddə olan polis əməkdaşı və Holokostdan sağ çıxmış bir nəfər də olub. Hadisə zamanı təsadüfən orada olan Ahmed əl Ahmedin valideynləri isə oğullarının hücum edən şəxslərdən birinin silahını almağa çalışarkən çiynindən 4-5 dəfə güllələndiyini bildiriblər. Onun cəsarətli müdaxiləsi daha böyük faciənin qarşısını alıb.

Hadisə terror aktı kimi dəyərləndirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində “Bondi” çimərliyi və ətraf ərazilər müvəqqəti olaraq bağlanıb, istintaq tədbirləri davam etdirilir.

Cinayətkarlar ata və oğuldur

Hadisəni törədənlər isə ata və oğuldur. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində silahlı şəxslərdən biri hadisə yerində zərərsizləşdirilib. Digər hücumçu isə ağır yaralanaraq polis nəzarəti altında xəstəxanaya çatdırılıb. Terrorçular 50 yaşlı Sacid Akram və onun 24 yaşlı oğlu Navid Akramdır. Ata Sacid Akram polis tərəfindən güllələnərək hadisə yerində öldürülüb, oğul Navid Akram isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti kritik olaraq qalır.

Məlumatlara əsasən, ata və oğul İŞİD terror qruplaşmasına bağlı olublar. Hücumçuların avtomobilində sözügedən terror təşkilatının bayraqlarının tapıldığı bildirilir. Navid Akram  bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) tərəfindən Sidneydə yerləşən “İslam Dövləti” qruplaşmasının terror hücrəsi ilə sıx əlaqələrinə görə sorğu-sual edilibmiş. Daha əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Mayk Bercess qeyd edib ki, hücum edənlərdən biri agentliyə məlum idi, lakin onların fikrincə, “cəmiyyət üçün birbaşa təhlükə təşkil etmirdi”. Hücum yəhudi icmasının Hanuka bayramı münasibətilə keçirdiyi tədbiri hədəf alıb. Polis qeyd edib ki, hücumçulardan Sacid Akramın istirahət məqsədli ov üçün verilmiş rəsmi silah lisenziyası olub.

BMT Baş katibi terror hadisəsinə görə sarsılıb

Terror hadisəsinə beynəlxalq ictimaiyyət də reaksiya verib. BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən silahlı hücumu pisləyib. Quterreş bu barədə “X” sosial şəbəkəsində yazıb: “Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə - sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda - düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir”.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Avstraliyadan gələn xəbərləri son dərəcə kədərləndirici adlandırıb: “Birləşmiş Krallıq “Bondi” çimərliyindəki dəhşətli hücumdan təsirlənən hər kəsə başsağlığı verir və onların yanında olduğunu bildirir. Mənə vəziyyətin gedişi barədə mütəmadi məlumat verilir”.

Sidneydəki bayram iştirakçılarına hücumu Çexiya rəhbərləri də pisləyiblər. Baş nazir Andrey Babiş hadisəni “iyrənc terror aktı” kimi xarakterizə edib. Həlak olanların ailələrinə başsağlığı verənlər arasında istefada olan baş nazir Petr Fiala və digər siyasətçilər də olub.

Donald Tramp: Dəhşətli hadisədir

ABŞ Prezidenti Donald Tramp da Sidneydəki terror aktını və Suriyadakı Amerika hərbçilərinə hücumu şərh edib. Ağ Evdə çıxış edən ABŞ lideri Sidneydə çimərlikdəki terroru dəhşətli hadisə adlandırıb, eyni zamanda silahlının hücumu tamamlamasına mane olan cəsur insana böyük hörmətini ifadə edib. “Avstraliyadakı hücum zamanı çox cəsarətli bir adam təcavüzkarlardan biri ilə döyüşə girdi və bir çox insanın həyatını xilas etdi”, - deyə Tramp vurğulayıb. O, həmçinin İŞİD-in Palmirada ABŞ-Suriya patruluna hücumuna da toxunub: “Üç böyük vətənpərvərimiz pis insanlar üzündən həlak oldu. Bunlar Suriya hakimiyyəti deyil, İŞİD idi. Suriya hökuməti bizim tərəfimizdə vuruşdu”.

Terror hadisəsindən sonra Avstraliya hökuməti bir sıra addımlar atmağa hazırlaşır. Belə ki, Avstraliyanın Baş naziri Entoni Albaniz milli silah qanunvericiliyini sərtləşdirməyi təklif edib. Onun sözlərinə görə, hökumət silah qanunlarının daha da sərtləşdirilməsi daxil olmaqla, lazımi tədbirlər görməyə hazırdır. Baş nazir lisenziya sahibinin ala biləcəyi silahların sayına məhdudiyyət qoyulmasını da təklif edib.

Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns də öz növbəsində bildirib ki, ştatda silah qanunları dəyişdiriləcək. O, silah lisenziyalarının müddətsiz verilməsinə qarşı olduğunu vurğulayıb. Avstraliyanın silah qanunları sonuncu dəfə 1996-cı ildə Port-Arturda 35 nəfərin ölümünə səbəb olan kütləvi atışmadan sonra nəzərdən keçirilib. Qanunvericiliyin sərtləşdirilməsinin terrorla mübarizəyə müsbət təsir edəcəyi bildirilir.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri