Icma.az
close
up
RU
SIFIRIN DƏYƏRİ... Və ya Mingəçevir qaranlıqları

SIFIRIN DƏYƏRİ... Və ya Mingəçevir qaranlıqları

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Tənqidi məqalə yazmağı xoşlamıram... Amma hərdən elə hadisələrlə rastlaşırsan ki, matın-qutun quruyur, istəyirsən var səsinlə çığırıb-bağırasan, söyəsən, təhqir eləyəsən...

Sahidi olduğum iki hadisə haqqında söhbət açacam. Məzmunu və fabulası fərqli olsa da, mahiyyətcə eynidilər.

Beləliklə...

Birinci ƏHVALAT. Vaqe olur Mingəçevir şəhərində.

...Hələ o vaxt VƏTƏN adlı internet televiziyamız fəaliyyətini dayandırmamışdı. Çoxlu şikayətlər alırdıq. Belə informasiya daxil oldu ki, Mingəçevir şəhərində danabaş, daha dəqiqi, uzunqulaq bir sahibkar (böyük restoran və şadlıq sarayı sahibi) elə bir qələt, elə bir əbləhlik eləyib ki, sadə məntiqlə bunu başa düşmək, həzm eləmək qeyri-mümkündür.

Deməli, həmin o vələdüzna sahibkar şəhid ailəsini və şəhid ruhunu özünəməxsus tərzdə alçaldıb, təhqir edib...

... Şəhid atası oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə, yol kənarında kiçik bir sahədə, qabarlı əlləriylə ŞƏHİD BULAĞI abidəsi inşa edir. Bununla o, 44 günlük ZƏFƏR müharibəsində qəhrəmancasına vuruşub şəhid olmuş nakam oğlunun xatirəsini əbədiləşdirmək, övlad dərdindindən alışıb-yanan ürəyini, az da olsa, ovutmaq istəyib...

BULAĞın baş tərəfinə Azərbaycan bayrağı və oğlunun şəkilini vurur. Ətrafında güllər-çiçəklər əkir; hər səhər də gəlib abidəyə qulluq edir...

Kiçik bulağın qonşuluğunda isə, yuxarıda qeyd etdiyim sahibkarın böyük bir restoran-şadlıq sarayı fəaliyyət göstərir...

Günlərin bir günü həmin sahibkarın nəfsi bütün insani, mənəvi, əxlaqi, humanist və digər dəyərlərə güc gəlir... Və o, ŞƏHİD abidəsinı "udub", öz restoranının ərazisinə qatmaq eşqinə düşür. Bunun üçün, əlbəttə ki, ilk növbədə abidəni dağıdıb məhv eləmək lazımdır. Bu çirkin komformist niyyətini həyata keçmək üçün o, heç şeytanın da ağlına gəlməyən tükürpədici və çox alçaq bir plan qurur: gecə yarısı iki uzunqulağ gətirib, bulağın düz mərkəzində bağlayır.(???!!!) Uzunqulaq da uzunqulaqdır, - onunçün örkəninin hara bağlanmasının nə fərqi... Səhərə qədər ŞƏHİDİN xatirəsi üçün əkilmiş gül-çiçəyi, otları-yaşıllığı ye ki, yeyəsən, - yemədiyini isə əzib zay edir...

Bu hadisədən xəbər tutanda, sözün doğrusu inanmadım. Heç inanılası da deyil. Yəni şəhidin müqəddəs ruhuna, oğul dərdindən həyatı alt-üst olmuş ahıl bir şəhid atasına bunca hörmətsizlik, bunca əclaflıq nümayiş etdirmək hansı qudurğan məxluqun əməli olar?! Ümumiyyətlə, görən, belə bir şey eləmək mümkündürmü?!

Tənbəllk eləmədim, durub birbaşa Mingəçevirə yollandım. Kaş ki, heç getməyəydim... Məlum oldu ki, hadisə eynən sizlərə nəql etdyim kimidir...

Şəhid Bulağını da, şəhidin atasını da ziyarət etdim. Atanın göz yaşları ürəyimi göynətdi...

Qoşuluqdakı bərkgedən restoranın "xozeyni" isə ilim-ilim itdi...

Deyirəm, yaxşı ki, o vaxt bu hadisədən Mingəçevir İcra Hakimiyyəti xəbərdar oldu və heç gözləmədiyim halda, çox tez bir zamanda məsələ həllini tapdı. Çox sevindim. Deməyəsən, icra strukturları lazım gələndə operativ, vicdanlı və ədalətli ola bilirmişlər... Nəfsinin köləsinə çevrilmiş həmin sahibkar, necə lazımdırsa, layiqli cavabını aldı - onun pul qoxusundan başqa heç bir iy bulməyən dimdik burnu ovuşdurulub yastılandırıldı, üstəlik, uzun, çoox uzun şələ qulaqları yetərincə burulub bir az da uzandı...

Hə, indi keçək ikinci  hadisəyə. Bu əttökən hadisə yenə də Mingəçevir şəhərində vaqe olur və deyilənə görə, günü bu gün də davam etməkdədir... Amma bu əhvalatı nəql etməzdən əvvəl ərz eləyim ki, insanlar da sıfır kimidir - qarşısına rəqəm yazılmasa heç kim və heç nə olmaqdan yaxa qurtara bilməz. Onlar, bir qayda olaraq, həmişə nəfərlə yox, dənəylə sayılacaqlar. Yəni ömür boyu mənəvi aləmə və əxlaq normalarına çəp baxan, empatiya hissindən bixəbər yaşayan, hər hansı bir dəyər, ya mental keyfiyyət daşıyıcısına çevrilməyən belə ikiayaqlılar, mahiyyətcə dördayaqlılardan fərqlənməzlər!..

Təəssüf ki, gündəlik həyatda belə "SIFIRLAR" itinə tök qədərdi...

Yeri gəlmişkən, qeyd edim ki, mənəviyyat anlamının dəqiq sərhədi olmur. O əxlaqın bütün spektrini, insanın ruhi zənginliyini və xeyirxah xüsusiyyətlərini, o cümlədən, insanlar arasında yazılmamış səmimi ünsiyyət qaydalarını əhatə edir. Mənəviyyatsızlıq və qeyri-etik yaşayış tərzi isə, nə yazıq ki, bu qaydaların tam əksini ehtiva edir...

Birinci hadisədən sonra Mingəçevirin işıqları mənimçün bir qədər öləzidi, qaraldı...

Əlqərəz, keçid alaq ikinci əhvalata.

Deməli, şanlı ordumuz Qarabağda yağı düşmənlə ölüm-dirim savaşı apardığı bir zamanda, sən demə, elə fürsətcil və elə əliəyri "sıfırlar" olub ki, müstəsna olaraq ancaq öz şəxsi xeyrləri üçün vuruşublar -  qazanmaq, çırpışdırmaq, qamarlamaq, nəyin bahasına olursa-olsun varlanmaq, zəngin olmaq istəy ilə alışıb-yanıblar. Sən demə, bizlər döğma ərazılərimizi, əzəli torpaqlarımızı düşmən tapdağından xilas edəndə, bunlar arxa cəbhədə parça-parça torpaq sahələri satıb, xımır-xımır ərazi alveri edirlərmiş...

Belə təpəgözlərdən birisi şəhərin keçmiş Bələdiyyə sədri vəzifəsində işləyirmiş və "Araz aşığımdan, Kür topuğumdandı!", - deyib, onlarla ticarət, iaşə obyektlərini, həyətyanı torpaq  sahələrini və sairəni dədə malı kimi satıb, özü üçün kef eləyirmiş. Əslində və səd heyif ki, burada qeyri-adi bir şey yoxdur, - yəni bəzi Bələdiyyə sədrlərinin bu sayaq alverə qurşanması və dərəbəyliyə baş vurmasını bilməyən yoxdur. Ancaq haqqında söhbət açılan zat orjinal üsuldan istifadə edirmiş. Sənəd-sünəd düzəldəndə də, alış-veriş edəndə də yanında pəzəvəng bir psevdo-cangüdən gəzdirirmiş. Kimlə nə söhbət edirsə, nə sövdələşmə yapırsa, yanındakı buyruqqulu aparılan danışıqların səs yazısını yazırmış. Əlbəttə, məxfi şəkildə. Özü də, sədr söhbəti elə qururmuş ki, tərəf müqabili mövcud hakimiyyəti tənqid eləsin, aşağılasın, hətta mümkünsə, söysün, təhqirdən-zaddan eləsin... Lap keçən əsrin otuzuncu illərində olduğu kimi...(?!)

Təxminən belə:

- Örüş yerləri yaman quruyub... Nağayracıyıq... Belə getsə, vallah, o bircə inəyimiz də süddən kəsiləcək, uşaqlar acınnan qırılacaq...

- Nə?! Nə dedin?.. Nə çərənnəyirsən, a kişi?! Sən yoldaş Stalinin siyasətini bəyənmirsən?! Vəssalam. Gecəylə gəlib yazıq inək yiyəsini gedər-gəlməzə aparırdılar!..

...Nə vaxtsa, nə üçünsə satıcı-alıcı arasında bir problem yaranarsa(və o problemlər indiyəcən də yaranır), səs yazısı kozur karta çevrilib "şappadan" ortaya qoyulur və təbii ki, əsasən şantaj vasitəsi kimi istifadə edilir...

Gülməli, səfeh və çox sadəlövh görünsə də, bu sayaq hiyləgər "əməliyyat" planları müəyyən nəticə verirmiş. Nəticə isə, şübhəsiz ki, küllü miqdarda rüşvət, qazanc, gəlir, pul deməkdir!..

Ən pisi budur ki, deyilənə görə, keçmiş Bələdiyyə sədri hələ də dövlətin mülkiyyətindən, xalqın ruzisindən çırpışdırıb qohum-əqrabasının adına özəlləşdirdiyi torpaq sahaləri və obyektləri satmaqla baş girləyir... Quyruq kimi dalına salıb gəzdirdiyi (və olsa-olsa, sıfırdan sonra yazılan rəqəm kimi mənasız funksiyalı) "səs operatoru" da öz ampluasında - oğrun-oğrun, gizlin-gizlin  onun-bunun səsini yazmaqla məşğuldur!..

Diqqət yetirdinizsə, mən ad çəkmədim. Hələlik çəkmədim. Ona görə yox ki, kimdənsə, ya nədənsə çəkinəcəyim var. Yox, sadəcə, düşünürəm ki, Mingəçevir İcra Hakimiyyəti söhbətin kimdən və kimlərdən getdiyini bilir. Və onu da bilir ki, bunu hamı bilir. Eləcə də, hamıya əyandır ki, nə vaxtsa saxta Bələdiyyə qərarları ilə dövlətin mülkiyyətinə təcavüz edən SIFIR müəllim hal-hazırda hansı obyektlərini, iaşə "toçkaları”nı, torpaq sahələrini satışa çıxarıb və o müəllim, ya cənab SIFIR indiyəcən hansı qanunsuzluqlar, hansı cinayət əməlləri törədib...

Bəli, zaman-zaman ayrı-ayrı məhkəmə instansiyaları, o cümlədən Korrupsiya məhkəməsi, keçmiş Bələdiyyə sədrinin əməllərində cinayyət tərkibi olduğu qənaətinə gəlib və haqqında müxtəlif qərarlar çıxarıblar... Amma qəhrəmanımız hər dəfə sürüşüb aradan çıxmağın yolunu tapıb... "Uşağda fərasətə bax ey!"

Ümid edirəm, hətta inanıram ki, Mingəçevir səhər İcra Hakimiyyəti "Məhkəmələrə "görüm-baxım" eləmişəm, işlərimi də, necə lazımdırsa qurub-qoşmuşam, bir köpəyoğlu mənə gözün üstə qaşın var deyə bilməz!", - deyibən, xozu-xozu gəzən "Sıfır" müəllimin "xodunu" almaqda müvafiq tədbirlər görəcək. 

Güman ki, şəhər sakinlərinin əksəriyyəti SIFIR müəllimin haram yollarla "qazandığı" və əlbəttə də ki, milyonlarla dəyərində olan cah-cəlallı mülklərini, ən prestijli yerlərdəki yüz-yüz minlik torpaq sahələrini görür, anlayırlar. Ancaq, əlbəttə ki, qəbul etmirlər, qəbul edə bilmirlər!.. Heç kim çörəyi qulağına yemir axı!.. Anlayanlar və bu kimi maxinasiyaların dövlətçiliyimizə başucalığı gətirmədiyindən  narahat olanlar, şübhəsiz ki, yetərincədir. Çünki artıq hamı başa düşür ki, rüşvətxorluq cinayət əməlindən daha çox xəstəlikdir; bu ağır mərəzin simtopları özünü müxtəlif çür biruzə versə də, kökü və səbəbi eyni mikrobdan qaynaqlanır - insan nəfsindən!..

Son olaraq qeyd etməliyəm və yəqin, dəyərli oxucular da razılaşarlar ki, nəyin bahasına olursa olsun, rüşvətlə qidalanan və az qala vampirə çevrilən məmurların mənəvi deqradasiyaya uğramasının qarşısı alınmalıdır. Bunu hətta ölkə Prezidenti də öz çıxışlarında dəfələrlə vurğulayıb.

Özgə çarə yoxdur. Əks-təqdirdə, rüşvət bəlası, eynən xərçəng xəstəliyi kimi, artan xətlə inkişaf edib, onsuz da ağır olan həyatımızın bütün sferalarına sirayət edəcək...

Bəli, belə hallardan mütləq sivrilb qurtulmalıyıq - bu, birmənalıdır; çünki hakimiyyət piramidasının əsasını təşkil edən bəzi məkrli-nəfsli məmurların düçar olduğu merkantilizm (mənfəətpərəstlik, pulgirlik) son nəticədə ölkəmizi böyük problemlər burulğanına salacaq...

Təəssüf edirəm ki, bu ikinci hadisədən sonra nur şəhəri Mingəçevirin işıqları nəzərimdə daha artıq qaranlığa qərq oldu...

Eldəniz QULİYEV

P.S. Vətənimizi, xalqımızı, dövlətimizi sevək, qoruyaq. Bu, bizim taleyimiz, ALIN YAZIMIZDI!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Mart 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri