Icma.az
close
up
RU
Sığorta bazarı böyüsə də, xidmət aşağıdır

Sığorta bazarı böyüsə də, xidmət aşağıdır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,7 artım deməkdir. 11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə isə bu göstərici 56,8 manat olub. Yəni, bu o deməkdir ki, sığorta şirkətləri yığdığı pulun hər 1 manatının təxminən 62 qəpiyini xərcləyib, qalan 38 qəpiyini özlərinin balansında mənfəət kimi saxlamaqdadır. Bu isə olduqca böyük həcmdə mənfəət deməkdir, sığorta kapitalının təxminən 40 faizi onların xalis pul aktivi kimi sərəncamında qalır.

Könüllü sığortadan 1 milyard 34 milyon manat toplanıb

Mərkəzi Bankın hesabatına əsasən, ötən 11 ayda ümumi sığorta yığımlarında könüllü sığortanın payı daha çox artımla müşayiət edilib. Belə ki, könüllü sığorta yığımları 1 milyard 34 milyon 15 min manat təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 121 milyon 457 min manat və ya 13,3 faiz çox vəsait toplanıb. Nəticədə ölkə üzrə toplam sığorta yığımlarının təqribən 75 faizi könüllü sığorta portfelinin payına düşüb. Yeri gəlmişkən, könüllü sığortadan əldə edilən vəsaitin 713 milyon 141 min manatı xərclənib, yerdə qalan 320 milyon manatı və yaxud 30,5 faizi şirkətlərin özünün hesabında qalıb.

Ümumilikdə, son illərdə könüllü həyat, fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərdə daha çox artım müşahidə edilir. Avtomobil, daşınmaz əmlak üzrə, işçilərin peşə fəaliyyəti ilə bağlı olan icbari sığortada olan yığımlarda artımlar olsa da, könüllü sığorta yığımlarından geri qalır. Bu da onu təsdiqləyir ki, adından da göründüyü kimi insanlar məcburi və ya inzibati üsullara yox, azad seçimə, könüllülüyə daha çox üstünlük verirlər. Onlar könüllü olaraq, həyatlarını, sağlamlıqlarını, daşınar və daşınmaz əmlakını, yaxud digər mal və xidmətləri sığortalamaq üçün seçimlər əsasında qərar verirlər.

Həyatın yaşam sığortasından 636 milyon manat toplanıb

Yeri gəlmişkən, qeyd edilən dövrdə həyat yaşamı üzrə sığorta yığımlarının həcmi 636 milyon 877 min manata bərabər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz və ya 91 milyon 270 min manat çoxdur. 2024-cü ilin yanvar-noyabr aylarında həyat sığorta şirkətləri 545 milyon 607 min manat sığorta haqqı toplaya bilmişdisə, cari ilin ötən dövründə yaşam sığortasının həyat sığortasındakı bazar payı əhəmiyyətli dərəcədə yüksəlib. Həyatın yaşam sığortası üzrə ödənişlərdə də artım qeydə alınıb. Sığorta şirkətləri tərəfindən bu sığorta istiqaməti üzrə ödənişləri 585 milyon 86 min manat təşkil edib. Bu, o deməkdir ki, sözügedən sığorta növü üzrə toplanmış hər 100 manatın təxminən 92 qəpiyi sığortaolunanların özlərinə xəclənib. Bu, digər sığorta növləri ilə müqayisədə ən yüksək ödəniş və ən yaxşı sığorta xidməti sayıla bilər.

Xatırladaq ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əməkhaqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

Nəqliyyat sığortası üzrə yığılan hər 100 manatın 70 manatı xərclənib

Ümumilikdə, sığorta üzrə rəqəmlər onu göstərir ki, Azərbaycanda sığorta bazarı son illərdə əhəmiyyətli dərəcədə böyüyüb, sığorta sektorunun toplam illik gəlirləri 1 milyard manatı ötüb. Ancaq buna baxmayaraq, sığorta şirkətlərinin təqdim etdiyi xidmət çeşidlərində ciddi dönüş müşayiət olunmur, müştərilərə xidmətin keyfiyyəti daha da aşağı düşür, yeni xidmət alətləri tətbiq olunmur. Bir çox hallarda vətəndaşlara dəymiş zərər zamanı (sığorta hadisəsi) sığorta haqqı ödənilmir.

Ötən 11 ay ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmində də böyümə baş verib, bu növ sığorta üzrə yığımlar 165 milyon 605 min manat təşkil edib ki, göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 432 min manat və ya 7,4 faiz  çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 154 milyon 173 min manat təşkil edib. Yanvar-noyabr aylarında sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinə ödədiyi sığorta pulunun həcmi isə 123 milyon 690 min manat təşkil edib. Yəni təkcə bu sığorta növü üzrə yığılmış 165 milyon manatın 123 milyon manatı qeyd edilən sahəyə xərclənib, qalan 42 milyon manat isə sığorta şirkətlərinin xalis gəliri kimi özlərində qalıb. Daha doğrusu, sığorta şirkətləri avtomobil sahiblərindən topladığı sığorta haqqının təxminən 70 faizini xərcləyib, 30 faizini öz xəzinələrində saxlayıb. Bu göstəricilər ona dəlalət edir ki, sığorta şirkətlərinin hesablarında qalan 42 milyon manat vəsaitin müəyyən bir hissəsi hesabına məhkəmə müstəvisinə qədər gedib çıxan avtonəqliyyat sığortası üzrə problemləri də həll etmək mümkündür. Sadəcə, bəzi şirkətlər öz mənfəətləri naminə bu istiqamətdə yetərli pul xərcləmək istəmir.

Müştərilərin böyük qismi məmnun deyil

Bir məqamı da vurğulamaq lazımdır ki, sığorta sektorunun böyüməsi və yığım kanallarının genişlənməsinə baxmayaraq, xidmət çeşidləri, operativlik və əlçatanlıq, müştəri məmnuniyyəti, sığorta mədəniyyəti hələ də lazımi səviyyədə deyil. Bunun da əsas səbəblərindən biri əhalinin sığorta hadisəsi baş verdiyi zaman, şirkət tərəfindən ödənişlə bağlı məsuliyyətsizlik və intizamsızlıq halları, hadisənin təsdiq olunması və aktlaşdırılması üçün gərəksiz əlavə sənədlərin tələb olunmasıdır. Ələlxüsus da sığorta şirkəti tərəfindən sənədlərin  yığılaraq gec  təqdim olunması və sığorta hadisəsinə maddi təminat verilməsində yubanmalar xidmətin keyfiyyətinin aşağı səviyyədə olmasına dəlalət edir. Nəticədə müştərilərin sığorta şirkətlərinə inamsızlığı yaranır.

Bütün bunlar sığorta şirkətlərinin yığıma xüsusi həvəs və motivasiya ilə yanaşdığı kimi müştəri məmnunluğuna xüsusi diqqət ayırmasını zəruri edir. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əsas prioritetlərdən biri kimi sığorta sektorunun dayanıqlığının gücləndirilməsi nəzərdə tutulub. Ona görə də, müvafiq qurumlar sığortanın əsas fəlsəfəsi olan sığorta hadisəsinə adekvat və çevik, tam həcmdə xidmətin təşkilinə nəzarəti artırmalıdır.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see221

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see193

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri