Icma.az
close
up
RU
Sığorta bazarında yüksəliş

Sığorta bazarında yüksəliş

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yığım da, ödənişlər də ilbəil çoxalır

Mərkəzi Bankdan redaksiyamıza verilən məlumata görə, bu ilin yanvarında ölkədəki sığorta şirkətlərinin xətti ilə 164 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çox) sığorta haqqı yığılıb. Hesabat ayında, eyni zamanda, sığorta şirkətlərinin xətti ilə 47,6 milyon manat (2024-cü ilin eyni dövrünə nisbətdə 22,8 faiz çox) sığorta ödənişi edilib.

Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Belə ki, ötən ilin ilk ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı ödənişə yönəldilibsə, cari ilin eyni dövründə bu rəqəm 29 manata yüksəlib.

Bütün bunlar Azərbaycanın sığorta bazarında inkişaf dinamikasını aydın göstərir. Bu sektorun konkret sahələrinə gəldikdə isə əvvəlcə könüllü sığorta bazarında mövcud vəziyyətə nəzər salaq. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin yanvar ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin topladıqları könüllü sığorta haqlarının həcmi 140,6 milyon manata (ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 18,9 faiz çox) yüksəlib. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladıqları könüllü sığorta haqlarının həcmi 118,3 milyon manat olub.

Sözügedən dövrdə bu sığorta növü üzrə ödənişlərin həcmi 37,5 milyon manata (illik müqayisədə 7 milyon manat, yaxud da 23 faiz çox) yüksəlib. Ötən ilin yanvar ayında respublikada fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilmiş könüllü sığorta ödənişlərinin həcmi 30,5 milyon manata çatıb. Ötən ay bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığorta haqqından 26,7 manat (illik müqayisədə 0,9 manat çox) sığorta ödənişi edilib. Keçən ilin müvafiq dövründə isə bu məbləğ 25,8 manat olub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163,7 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çox) sığorta haqqı yığılıb. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47,6 milyon manat (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz çox)sığorta ödənişi edilib.

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin cari ilin yanvar ayında topladıqları icbari sığorta haqqlarının həcmi isə 23,1 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon manat və ya 11 faiz çox) olub. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladıqları icbari sığorta haqqlarının həcmi 20,8 milyon manat təşkil edib.

Bəhs olunan dövrdə bu sığorta növü üzrə ödənişlərin həcmi 10,1 milyon manat (illik müqayisədə 1,9 milyon manat, yaxud da 1,9 faiz çox) olub. Ötən ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ödədikləri icbari sığorta ödənişlərinin həcmi 8,2 milyon manata çatıb.

Ötən ay bu sığorta növü üzrə toplanılan hər 100 manat sığorta haqqından 43,8 manat (illik müqayisədə 4,2 manat çox) sığorta ödənişi edilib. Ötən ilin müvafiq dövründə bu məbləğ 39,6 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında ölkədəki sığorta şirkətlərinin xətti ilə 163,7 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çox) sığorta haqqı yığılıb. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47,6 milyon manat (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz çox) sığorta ödənişi edilib.

Azərbaycanda əmlak sığortası üzrə ödənişlərdə də müsbət nəticələr əldə olunub. Belə ki, cari ilin yanvar ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin əmlak sığortası üzrə sığorta haqlarının həcmi 25,5 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 106 min manat və ya 0,4 faiz çox) olub. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə sığorta haqlarının həcmi 25,4 milyon manat təşkil edib.

Bəhs olunan dövrdə əmlak sığortası üzrə sığorta ödənişlərinin həcmi 3,4 milyon manat (illik müqayisədə 692 min manat, yaxud da 25,5 faiz çox) olub. Ötən ilin yanvarında isə əmlak sığortası üzrə sığorta ödənişlərinin həcmi 2,7 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ay əmlak sığortası üzrə toplanılmış 100 manat sığorta haqqı üçün sığorta ödənişi 13,4 manat (illik müqayisədə 2,7 manat çox) olub. Ötən ilin eyni dövründə bu məbləğ 10,7 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163,7 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çox) sığorta haqqı yığılıb. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47,6 milyon manat (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz çox) sığorta ödənişi edilib.

Nəhayət, cari ilin yanvar ayında respublikanın həyat sığortası üzrə fəaliyyətə diqqət yetirək. Qeyd edək ki, bu dövrdə sığorta haqları 55,6 milyon manata yüksəlib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 milyon manat və ya 38,3 faiz çox olub. Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycanda həyat sığortası üzrə sığorta haqları 40,2 milyon manat olub.

Bəhs olunan dövrdə bu sığorta növü üzrə ödənişlərin həcmi 29,1 milyon manat (illik müqayisədə 7,5 milyon manat, yaxud da 34,7 faiz çox) təşkil edib. 2024-cü ilin ilk ayında Azərbaycanda həyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 21,6 milyon olub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163,7 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çox) sığorta haqqı yığılıb. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47,6 milyon manat (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz çox) sığorta ödənişi edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri