Icma.az
close
up
RU
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb

Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

80 yaşadək 133 kardinal konklavın – Roma Katolik Kilsəsinin yeni başçısının seçiləcəyi qapalı kardinal məclisin keçirildiyi Sikstin kapellasına daxil olub. "Extra omnes” ("hamı bayıra”) elan edilmiş formula ilə hər biri papa taxtına namizəd ola bilən kardinal-seçicilər xarici dünyadan təcrid olunublar.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Kapellada mobil və digər rabitə vasitələri söndürülüb. Məlumatları yaymamaq barədə and içdikdən sonra (mərasim "Vatican News” portalı tərəfindən yayımlanıb) artıq bağlı qapılar arxasında günün sonunadək ilk və yeganə səsvermə keçiriləcək.

Səhər Müqəddəs Pyotr kilsəsində konklavın uğuru naminə təntənəli messa keçirilib, ona yaşına (91) görə konklavda iştirak etməyən kardinallar kollegiyasının dekanı Covanni Battista Re başçılıq edib. O, öz moizəsində zamanın çətinliyini və bu anda kilsədən və "cəmiyyətin vicdanını oyatmalı olan” Roma Papasından böyük gözləntiləri qeyd edib.

Konklavda iştirak edən 133 kardinaldan 52-si avropalıdır. Fransiskin dövründə dövlət katibi (hökumət başçısı) vəzifəsini tutan italyan Pietro Parolin və İtaliya Yepiskoplar Konfransının rəhbəri Matteo Zuppi müəyyən dəstəyə malikdirlər.

Müqəddəs Pyotr meydanında inanclılar Sikstin kapellasında quraşdırılmış bacanın borusundan çıxan tüstünü görmək üçün toplaşırlar. Məhz ağ tüstü seçimin edildiyini xəbər verir. Təhlükəsizliyi təmin edən Roma iqtidarının məlumatına görə, meydanda 250 min nəfərədək insan gözlənilir. Bu, təxminən aprelin 26-da Roma Papası Fransiskin dəfn mərasiminə gələnlərin sayı qədərdir. Təhlükəsizliyin təmin edilməsinə 4 min polis və hərbçi, üç min könüllü cəlb edilib.

/Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 May 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri