Icma.az
close
up
RU
Silahlı Qüvvələrimizlə haqlı olaraq qürur duyuruq ŞƏRH EDİLDİ

Silahlı Qüvvələrimizlə haqlı olaraq qürur duyuruq ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Ordusunun nizami ordu kimi formalaşdırılması və vahid komandanlığa tabe etdirilməsi böyük dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, sonrakı mərhələdə isə ordumuzun kompleks şəkildə inkişafı, hərbi texnika və təchizatının gücləndirilməsi, yüksək peşəkarlığa malik zabitlərin və şəxsi heyətin formalaşdırılması Azərbaycan dövlətinin mühüm nailiyyətlərindəndir: "Bütün bu uğurlar, ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Məhz bu səbəbdən Azərbaycan Ordusu tarixinin hər yeni səhifəsini şərəflə yazmaq gücünə və imkanına malikdir.

Ordumuz 44 günlük Vətən müharibəsində tariximizin ən şanlı səhifələrindən birini yazdı. Azərbaycan Silahlı Qüvvələri bu müharibədə yalnız hərbi güc nümayiş etdirməklə kifayətlənmədi, eyni zamanda XXI əsrin müasir döyüş texnologiyalarından məharətlə istifadə edərək, hərbi strateji planlama və yüksək hazırlıq səviyyəsi ilə bütün dünyaya nümunə göstərdi. Müharibə zamanı ordumuz ən müasir pilotsuz uçuş aparatlarından (PUA), kəşfiyyat və müşahidə sistemlərindən, dəqiq nişan alınma və zərbə texnologiyalarından, eləcə də real vaxtda koordinasiya imkanlarından uğurla istifadə etdi. Bu texnoloji və taktiki üstünlüklər Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətən sevgisi və fədakarlığı ilə birləşərək düşmən üzərində tam və qəti zəfərin əldə olunmasına gətirib çıxardı. Hərbi əməliyyatlar zamanı ordumuzun nümayiş etdirdiyi çeviklik, peşəkarlıq və texniki üstünlük bu gün dünya hərb tarixi üçün öyrənilməsi vacib olan nümunəyə çevrilmişdir. Elə buna görə də bu zəfər, yalnız Azərbaycan xalqının yaddaşında deyil, eyni zamanda gələcək nəsillərə örnək olaraq məktəblərin dərsliklərində, hərbi tədris proqramlarında və strateji araşdırmalarda xüsusi yer tutmaqdadır".

"Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təminatçısıdır. Müstəqil dövlətimizin əsas dayaqlarından biri olan güclü ordu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daim yenilənir, inkişaf edir və ən müasir standartlara uyğunlaşdırılır. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində atılan addımlar sistemli və davamlı xarakter daşıyır. Azərbaycan xalqı bu gün öz ordusuna böyük inam və iftixarla yanaşır. Biz fəxr edirik ki, ölkəmizin sərhədlərini, müstəqilliyini və sabitliyini qoruyan belə güclü və peşəkar bir ordumuz var. Ordumuz təkcə Vətən müharibəsində deyil, eyni zamanda regionda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan qüvvədir. Silahlı Qüvvələrimizlə haqlı olaraq qürur duyuruq. Bu qürur yalnız keçmişin zəfərlərinə deyil, gələcəyin uğurlarına olan inamın da təməlidir" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri