Icma.az
close
up
RU
SİMA minlərlə ağacın qorunmasına töhfə verir AZƏRTAC

SİMA minlərlə ağacın qorunmasına töhfə verir AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir.

“AzInTelecom” MMC-dən AZƏRTAC-a bildirilib ki, kağız istehsalını azaltmaqla ətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıl texnologiyaların təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMA Bakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir.

SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.

“SİMA İmza” brendi altında və mobil tətbiq şəklində çalışan bu texnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyə fokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosistemin qorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çox tərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətləri rəqəmsallaşdırıblar. SİMA ilə bugünədək həyata keçirilən tranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan, kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama, təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdə kağızsız əməliyyat isə yüz minlərlə ağacın kəsilməkdən xilas edilməsi deməkdir.

Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.

Qeyd olunub ki, kağız istehsalı böyük miqdarda ağacın kəsilməsini tələb edən prosesdir. Hesablamalara görə, bir ton kağız istehsalı üçün təxminən 17 ağac kəsilir. Orta hesabla hər il dünyada 400 milyon ton kağız istehsal edildiyini nəzərə alsaq, bu, hər il yüz minlərlə ağacın kəsilməsi deməkdir. Başqa bir nümunə gətirsək, günümüzdə bank filiallarında bir kredit müqaviləsinin hazırlanmasına təxminən 50 vərəq sərf edilir. Rəqəmsal sənədləşmə sayəsində isə bu göstəricini 80 faizə qədər azaltmaq mümkündür.

Bu gün artıq 1000-dən çox elektron xidmət SİMA ilə əlçatandır. Aparılmış monitorinqə görə, təkcə banklarda SİMA ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalır. “SİMA İmza” həm də bölgələrdə yaşayan sakinlərin xidmət mərkəzlərinə gəlmə asılılığını aradan qaldırır ki, bu da enerjiyə (yanacağa) qənaət, dolayı yolla təbiətə buraxılan zərərli qazların azaldılması deməkdir.

Nəticə olaraq, rəqəmsal sənədləşmənin genişlənməsi karbon izinin azalmasına, su və enerji sərfiyyatının optimallaşmasına gətirib çıxarır. Bu cür dəyişikliklər yalnız ətraf mühitin qorunmasına deyil, həm də davamlı və yaşıl texnologiyalar əsasında inkişaf edən bir gələcəyə xidmət edir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və 157 - Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri