Şimal bölgəsində qarlı hava bu gün səngiyib VİDEO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gün şimal bölgəsində müşahidə olunan qarlı hava bu gün səngiyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı Şimal-Şərq regional mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qar yağması müşahidə olunmur.
Bununla belə bölgədə qarlı-şaxtalı hava müşahidə edilir. Avtomobil yollarını buz bağlayıb.
Mərkəzin məlumatına görə, səhər saat 7-də ən çox şaxta Qubanın Xaltan kəndində qeydə alınıb: -16 dərəcə.
Ən çox qar isə 12 sm olmaqla Xızının Altıağac qəsəbəsində müşahidə edilib.
Hazırda Xaltanda temperatur -3,5 dərəcəyə enib. Altıağac qəsəbəsinfə isə qarın hündürlüyü 12 sm olaraq qalır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Qarlı hava şimal bölgəsində qəzalara SƏBƏB OLDU
14 Dekabr 2024 12:14
Şimal bölgəsində hava bu gecə də qarlı şaxtalı keçib FOTO
23 Fevral 2025 11:22
Şimal bölgəsində Novruz qarı FOTO/VİDEO
20 Mart 2025 09:54
Şimal bölgəsində müşahidə edilən hava FOTO
18 Fevral 2025 11:36
Şimal Qərb bölgəsində qar fəsadlar yaratdı FOTO/VİDEO
20 Fevral 2025 23:37

