Icma.az
close
up
RU
Şimal Cənub dəhlizi əlavə imkanlar yaradacaq İstehsala güclü təkan verəcək”

Şimal Cənub dəhlizi əlavə imkanlar yaradacaq İstehsala güclü təkan verəcək”

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb. 
İlham Əliyev qeyd edib ki, Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edir. Bu nəqliyat dəhlizinin əhəmiyyətindən danışan prezident söyləyib ki, Azərbaycan Şimal-Cənub layihəsinin sadəcə nəqliyyat dəhlizi kimi görmür:

"Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var".


Prezident İlham Əliyevin bu fikirlərini Sfera.az-a şərh edən Milli Məclisinin IV çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev qeyd edib ki, iqtisadi inkişaf üçün nəqliyyat infrastrukturunun olması vacibdir:

"İqtisadi inkişaf qonşularla normal iqtisadi əlaqələr qurmaqdan, onları inkişaf etdirməkdən keçir və bu baxımdan yol iqtisadiyyatın ən vacib elementlərindən biridir. Bu baxımdan, dəhlizin genişləndirilməsi və inkişafı həm daşımaların sürətinə, həm də iqtisadi səmərəliliyə təsir edəcək. Bu, yüklərin daşınması sürətini artıracaq və təbii ki, daha ucuz yükdaşınmanın həyata keçirmək üçün imkanlar yaradacaq. Belə əlverişli infrastrukturdan istifadə edib hansısa layihələr keçirmək həm bizə, həm də qonşu ölkələrə lazımdır”.


R.Quliyev həmçinin vurğulayıb ki, nəqliyyat infrastrukturu ətrafında müəssisələrin yaradılması qeyri neft-qaz sektorunda istehsalın artımına gətirib çıxarır, ümumi daxili məhsulun həcmini artırır, vergilərə və gömrük rüsumları üzrə yığımlara  müsbət təsir edir. 

Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Aprel 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri