Ekspert: Şimal Cənub dəhlizi İran və Azərbaycan üçün yeni mühüm imkanlar yaradır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 25 dekabr, L.Muradzadə, AZƏRTAC
Şimal–Cənub nəqliyyat dəhlizi Asiya, Qafqaz və Avropa arasında əsas tranzit qovşaqları kimi onların rolunu möhkəmləndirməklə, həm İran, həm də Azərbaycan üçün əhəmiyyətli dərəcədə yeni imkanlar yaradır. İran üçün bu dəhliz regional və qlobal bazarlara çıxışı yaxşılaşdırır, nəqliyyat xərclərini azaldır və neft ticarətindən əldə olunan gəlirləri artırır. Azərbaycan üçün isə dəhliz logistika və nəqliyyat əlaqələri mərkəzi kimi strateji mövqeyini möhkəmləndirir, eyni zamanda qonşu ölkələrlə daha sıx iqtisadi inteqrasiyaya töhfə verir. Ümumilikdə, dəhliz ticarətin diversifikasiyasına şərait yaradır, infrastruktur və logistika sahələrinə investisiyaları stimullaşdırır, Tehran ilə Bakı arasında iqtisadi əməkdaşlığı dərinləşdirir və regionun dayanıqlı inkişafına töhfə verir.
Bu fikirləri AZƏRTAC-a “Iran Daily” qəzetinin baş redaktoru Əsgər Qəhrəmanpur söyləyib.
Onun sözlərinə görə, Şimal–Cənub nəqliyyat dəhlizi adi tranzit marşrutu çərçivəsindən kənara çıxır, iki ölkənin regional və beynəlxalq əlavə dəyər yaradılması zəncirlərində roluna yenidən baxılması üçün strateji alət kimi xidmət edir: “O, şimal və cənub qonşuları ilə strukturlaşdırılmış iqtisadi inteqrasiyanı təmin edir, eyni zamanda regional ticarət və tranzit sazişləri çərçivəsində İranın danışıqlar zamanı mövqeyini gücləndirir və bununla da daha geniş Avrasiya kontekstində ölkənin iqtisadi nüfuzunu artırır”.
Ekspertin fikrincə, dəhlizin inkişafı texnologiyaların ötürülməsinə, gömrük və logistika standartlarının uyğunlaşdırılmasına, həmçinin İranın daxili nəqliyyat şəbəkəsinin səmərəliliyinin artırılmasına kömək edir ki, bu da uzunmüddətli perspektivdə iqtisadi idarəetmənin yaxşılaşdırılmasına və milli rəqabətqabiliyyətliliyin artırılmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Dekabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















