Icma.az
close
up
RU
Şimal zonasında iqtisadi potensial Turizm, təsərrüfat və...

Şimal zonasında iqtisadi potensial Turizm, təsərrüfat və...

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanın şimal hissəsində yerləşən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları təbii sərvətləri, əlverişli coğrafi mövqeyi və sosial-iqtisadi imkanları ilə seçilir. 

Bu ərazi həm dənizkənarı istirahət məkanları, həm də dağlıq relyefi ilə müxtəlif turizm istiqamətlərinə ev sahibliyi edir. Yay aylarında Xəzər sahilindəki istirahət mərkəzləri diqqət çəkirsə, qış mövsümündə dağ kəndləri və xizək turizmi böyük maraq doğurur.

Kənd təsərrüfatı baxımından da region önəmli rol oynayır. Meyvə və tərəvəz istehsalı, xüsusilə də alma bağları bu zonanı fərqləndirən əsas sahələrdəndir. Son illərdə emal müəssisələrinin fəaliyyətə başlaması məhsulların daha səmərəli dəyərləndirilməsinə imkan verib. Sərhəd mövqeyi və ixrac yollarının buradan keçməsi isə iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. pizza hut

Son illərdə həyata keçirilən layihələr, o cümlədən magistral yolların yenilənməsi və xidmət sahələrinin inkişafı bölgənin iqtisadi həyatına müsbət təsir göstərib. Bununla yanaşı, bəzi yaşayış məntəqələrində su təminatında çətinliklər, mövsümi işçi qüvvəsinin çatışmaması və sərt qış şəraiti sosial problemlərin qalmasına səbəb olur.

Bütün bunlara baxmayaraq, Şimal bölgəsinin potensialı böyükdür. Turizm, kənd təsərrüfatı, sənaye və ixrac imkanlarının balanslı şəkildə inkişafı bu ərazinin ölkənin gələcək iqtisadi xəritəsində mühüm yer tutacağını göstərir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Asif İbrahimli bildirib ki, Azərbaycanın şimal zonası daxili və xarici turistlərin ən çox üz tutduğu ərazilərdəndir və bu səbəbdən də turizmin inkişafı burada daha sürətli templə gedir.

Ekspert qeyd edib:

“Azərbaycanın şimal zonası daxili və xarici turist axınının ən çox müraciət etdiyi zonalardan biridir. Ona görə də həmin ərazilərdə turizm sahəsində inkişaf günü-gündən yaxşılığa doğru dəyişir. Xüsusilə də dağ və əyləncə turizmi. Bildiyimiz kimi, Xudat, Nabran və Xaçmazın bir hissəsi də Xəzər dənizinin sahilinə düşür. Orada turizm sahəsini daha da inkişaf etdirmək vacib məqamlardan biridir”.

İbrahimli vurğulayıb ki, kənd təsərrüfatı da bölgənin aparıcı sahələrindəndir:

“Şimal zonasında eyni zamanda kənd təsərrüfatı və əkinçilik sahəsi də inkişaf edib. Bildiyimiz kimi Azərbaycanın ən böyük tədarük zonası olan Rusiya bazarından da şimal zonası üzərindən hərəkət edən marşrut yolu sayəsində danışmalar həyata keçirilir. Son illər həmin zonada ödənişli yollar da fəaliyyətə başladı. Bu da nəqliyyat infrastrukturu üçün əlverişli şəraitin yaradılmasına səbəb olan faktorlardan biri oldu. Artıq həmin ərazilərdə yükdaşınmaları asan şəkildə həyata keçirilir”.

Ekspert əlavə edib ki, kənd təsərrüfatı məhsullarının emalı sahəsində də irəliləyişlər gözə çarpır:

“Son bir neçə ildə həmin zonalarda əsas inkişaf edən sahələrdən biri də kənd təsərrüfatı və kənd təsərrüfatı mallarının emalıdır. Həmin bölgədən dövlət büdcəsinə daxil olan vəsaitə nəzər yetirsək görərik ki, o zona hazırda əsas gəlir gətirən iqtisadi zonalardan biri sayılır. 90-cı illərin əvvəllərində şimal zonasında torpaq bölgüsü ilə bağlı məsələlərdə müəyyən çətinliklər yaranmışdı. 2015-ci ildən sonra bu sahədə ciddi proqres başladı”.

Onun sözlərinə görə, su təminatı və işçi qüvvəsi məsələsi hələ də aktual problemlər sırasındadır:

“İndi müəyyən bölgələrdə su sahəsində də müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə də müəyyən dəyişikliklər olmalıdır. Hətta bir neçə il əvvələ qədər yol və infrastruktur sahəsində də problemlər var idi. Sevindirici haldır ki, artıq bir neçə ildir, ən ucqar kəndlərə belə yollar çəkilib. Həmin zonalarda əhalinin əsas problemlərindən biri də işçiliklə bağlıdır. Məsələn, sezon vaxtı Nabrana və ya məhsul yığımı zamanı digər rayonlarda işçi tapmaqla bağlı çətinliklər yaranıb. Düşünürəm ki, həmin zonalarda davamlılığın təmin olunmasına ciddi nəzarət etmək lazımdır”.

Ekspert həmçinin qış aylarında müşahidə olunan çətinliklərə də toxunub:

“O ki, qaldı qış aylarındakı vəziyyətə, həmin o problemlər Bakı şəhərində də mövcuddur. Qar və yağış normadan artıq olan kimi şəhərdə də həyat sözün əsl mənasında iflic olur. Sabunçu körpüsündə həyatını itirən gənc də belə hadisələrin qurbanlarından biri oldu. Bəxtimiz onda gətirib ki, ilin 12 ayında bu cür hallarla qarşılaşmırıq. Maksimum 1 ya 2 ay bu cür hadisələrlə rastlaşırıq. Quba və Qusarda da bəzi kəndlər var ki, oktyabr ayından sonra oraya qalxmaq çətinləşir. Buna da kompleks yanaşma tətbiq olunmalıdır”.

Aydan Hacıbalazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri