Icma.az
close
up
RU
Şimali Koreya ABŞ a nüvə mesajı göndərib

Şimali Koreya ABŞ a nüvə mesajı göndərib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Həm hərbi təlimləri, həm də nüvə silahları və ballistik raket proqramları ilə tez-tez gündəmə gələn Şimali Koreyadan ABŞ-a təəccüblü mesaj gəlib.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya rəhbərliyindən verilən açıqlamada, ABŞ-ın Alyaska əyalətindəki Fort Greely Hərbi Bazasında qitələrarası ballistik raketin (ICBM) ələ keçirmə manevrinin keçirildiyi xatırladılıb.

“Materik müdafiə ssenarisi çərçivəsində həyata keçirilən təlim əslində Şimali Koreya ilə mümkün nüvə müharibəsini gündəmə gətirən hücum xarakterli hərbi əməliyyatdır. Birləşmiş Ştatlar nüvə müharibəsinə qarışmasa, ölkəmizin strateji nüvə qüvvələri ABŞ materikini hədəf almayacaq. Belə olan halda “profilaktika” deyilən məsələdən danışmağa ehtiyac qalmayacaq”,- deyə bəyanatda qeyd edilir.

“Lakin ölkəmizin qitələrarası ballistik raketlərinin ələ keçiriləcək hədəflər kimi müəyyən edilməsi ABŞ-ın qabaqlayıcı nüvə hücumu ehtimalını qəbul etdiyini və bu istiqamətdə öz hərbi potensialını inkişaf etdirməyə diqqət yetirdiyini göstərir”, - deyə bildirilir.

Açıqlamada ABŞ-ın Cənubi Koreya və Yaponiyadakı bazalarına döyüş təyyarələri yerləşdirərək bölgədəki hərbi varlığını artırdığı xatırladılıb və bu addımın "çox təhlükəli" bir addım olduğu vurğulanıb.

ABŞ-ın bölgədəki hərbi imkanlarının artması Şimali Koreyanı özünü müdafiə etməyə məcbur etdiyi bildirilib. “ABŞ-ın ölkəmizi hədəfə alan silah fəaliyyətlərinə qarşı güclü hücum və müdafiə qabiliyyətinə malik olmaq nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və Koreya yarımadasında qüvvələr balansını təmin etmək üçün ən yaxşı seçimdir”, - deyə qeyd edilir.

Bəyanatda ABŞ-ın Şimali Koreyanı hədəf alan silahlanma hərəkətlərinin ABŞ-ın özü üçün təhlükə yaradacağı iddia edilib. “Ölkəmizə faktiki hücum ehtimalını artıran silahlanma hərəkətləri ABŞ materikinin təhlükəsizliyini riskə atacaq qədər ağılsız bir seçim olardı”, - deyə bildirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 May 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri