Şimali Koreya mərmilərin əvəzində Rusiyadan nə alır? Blinken açıqladı AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya Şimali Koreyaya müasir peyk texnologiyaları ötürməyə yaxındır”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Cənubi Koreyaya səfəri zamanı bildirib.
“KXDR artıq Rusiyadan hərbi texnika və hərbi personalın hazırlanmasında yardım alır. İndi bizim Moskvanın Pxenyanla qabaqcıl kosmik və peyk texnologiyalarını bölüşmək niyyətində olduğuna inanmaq üçün əsasımız var” - deyə, Blinken vurğulayıb.
Qərb ekspertləri xəbərdarlıq edir ki, bu texnologiyaların köməyi ilə Şimali Koreya bütün dünyada potensial rəqiblərinin ərazisindəki hədəfləri müəyyən edə biləcək.
Bundan əvvəl Rusiyanın Şimali Koreyayadan aldığı artilleriya mərmilərinin müqabilində peyklərin yaradılması və orbitə buraxılmasında yardım təklif etdiyi bildirilirdi. 2023-cü ilin noyabrında kəşfiyyat peykinin orbitə uğurlu buraxılışından sonra Şimali Koreyanın son bir ildə oxşar peykləri buraxmaq cəhdləri uğursuzluqla nəticələnib.
Entoni Blinken Rusiyanın Şimali Koreyanı nüvə dövləti kimi tanıya biləcəyini də açıqlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Yanvar 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















