Şimali Makedoniyada çıxış edən futbolçumuz: Qarabağ ın Avropadakı uğurlarından hamının xəbəri var
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" klubunun Avropadakı uğurlarından hamının xəbəri var".
İdman.biz xəbər verir ki, bunu "Report"a Şimali Makedoniyanın “Lyuboten” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Milana Rəhimova deyib.
21 yaşlı müdafiəçi bu gün Skopyedə yerli "Şkendiya" ilə "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: "Mən də həmin qarşılaşmada stadionda olacağam. Öz komandamızı dəstəkləməyə gedəcəyəm. Azarkeş kimi yanlarında olmaq istəyirəm. Əlimdən gəldiyi qədər dəstək verəcəyəm. "Qarabağ" komandasına ölkə olaraq çox inanırıq və uğurlu nəticə qazanacaqlarına ümid edirik".
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















