Şimali Makedoniyanın Prezidenti Azərbaycana səfər edib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycana səfərə gəlib.
“Cebheinfo.az” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Şimali Makedoniyanın Prezidenti Azərbaycana səfər edib
10 Noyabr 2024 17:45

