Simonyan Bakı ilə bağlı məlumatı təkzib etdi: Mümkün deyil
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Rusiyanın Gümrüdəki 102-ci bazasının Ermənistandan çıxarılması məsələsi müzakirə edilmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, bu mövzu ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini söyləyib:
“Belə bir şey yoxdur, Ermənistan Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə etmir və edə də bilməz. Bu məsələ ümumiyyətlə absurddur. Belə “ağıllı” fikirləri kimin səsləndirdiyini bilmirəm”.
Qeyd edək ki, bundan öncə Azərbaycanın Ermənistanda ərazisində heç bir ölkənin hərbi mövcudluğunun olmamasına dair tələb irəli sürdüyü iddia edilib. Bu tələbə əsasən Rusiya bazasının Ermənistandan çıxarılacağına dair məlumatlar yayılıb.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















