“Sınaq imtahanları həm ölçmə, həm də idarəetmə alətidir” DİM
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sınaq (monitorinq) imtahanları ən praktik alətdir. Bu cür imtahanlar şagirdə real vəziyyəti göstərir, müəllimə zəif tərəfləri müəyyən etməyə imkan verir və ümumilikdə sistemi test etməyə kömək edir”.
SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, sınaq imtahanları yalnız yoxlama məqsədi daşımır, eyni zamanda idarəetmə funksiyası da yerinə yetirir.
Məleykə Abbaszadə qeyd edib ki, əsas məsələ nəticələrin düzgün təhlil olunmasıdır: “Nəticələr məktəblərə geri bildiriş formasında çatdırılmalı və zəif sahələr üzrə konkret addımlar atılmalıdır”.
DİM sədri vurğulayıb ki, proses artıq mərhələli şəkildə qurulur və maarifləndirmə, ölçmə və qiymətləndirmə paralel şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, sistemin uğuru davamlı tətbiqdən və xüsusilə müəllimlərin bu dəyişikliklərə hazır olmasından asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 27 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















