Icma.az
close
up
RU
Siqareti asanlıqla tərgitmək olur, varikoz və allergiya üçün unikal əlac RESEPT

Siqareti asanlıqla tərgitmək olur, varikoz və allergiya üçün unikal əlac RESEPT

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimal zonaların xalqları çox qədimdən bu qəribə bitki ilə faydalanmışlar. İslandiya xalqları ondan qida kimi istifadə edir, buğda və çovdar unu ilə qarışdırıb müxtəlif növ çörək hazırlayırlar. İslandiya mamırı orqanizm tərəfindən yaxşı həzm olunur, daxili orqanların iş qabiliyyətini yaxşılaşdırır, cinsi orqanların fəaliyyətini artırır. Yerli əhali mamırdan hazırlanan çörəklərə o qədər aludə olmuşdular ki, buğda və çovdar çörəyinə meyitləri azalmışdır.

İslandiya mamırından müalicəvi preparatların hazırlanması.

Pnevmaniya zamanı. 2 xörək qaşığı doğranmiş quru İslandiya mamırından götürüb 0,5 litr isti suya və yaxud südə əlavə edin və zəifod üzərinə qoyub 5 dəqiqə qaynadın. 30 dəqiqə dəmlədikdən sonra stəkanın 1/2 hissəsinə qədər gündə 3 dəfə qəbul edin. Varam, bronxit, astma, mada va onikibarmaq bağırsaq yaralarının, mada turşiiluğnnun aradan qaldırılmasında. 4 xörək qaşığı doğranmış İslandiya mamırından götürüb, içərisində 3 stəkan qaynar su olan emal qaba tökün və ağzını qapaqla möhkəm bağlayıb, 30 dəqiqə qaynadın. Soyudub süzdükdən sonra aldığınız ekstrakdan gün ərzində 3 dəfə yeməkdən əvvəl qəbul edin. Xroniki bronxit, ağ ciyar emfizeması zamanı. 1 xörək qaşığı quru İslandiya mamırını 1 stəkan həcimində süd olan emal qaba tökün və qabın qapağını bağlayıb, zəif od üzərinə qoyun, 5 dəqiqə qaynadıb süzün. Aldığınız dəmləməni isti-isti yatmazdan əvvəl qəbul edin. Səhərlər isə İslandiya mail mınnı, ögeyana bitkisi ilə 1:1 nisbətində qarışdırıb, 15 dəqiqə dəmlədikdən sonra acqarına için.

Göyöskürək zamanı. 1 xörək qaşığı İslandiya mamırı ilə kəklikotu qarışığından 1:1 nisbətində götürüb 1 stəkan qaynar suya tökün və 5 dəqiqə dəmləyin. Sonra süzüb gündə 3 dəfə yanm stəkan həcmində uşağa içirdin. Bronxial astma zamanı. 3 xörək qaşığı İslandiya şibyəsi, bağayarpağı, üçrəngli bənövşə otundan, qaraqarağatm yarpaqlarından, 1 hissə cirə toxumalarından, 1 hissə şirinbiyan kökündən və 4 hissə ögeyana bitkisindən götürüb bir-birilə qarışdırın. Aldığınız qarışıqdan 4 xörək qaşığı götürün, 2 stəkan suya töküb, qaynama dərəcəsinə gətirib saxlayın, 2 saat dəmlədikdən sonra süzüb aldığınız ekstraktdan gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin. Xroniki zökəm zamanı. 1 xörək qaşığı mamır, 1 xörək qaşığı dazıotu, 1 xörək qaşığı yapon soforası və 2 xörək qaşığı sürvə götürüb bir-birilə qarışdırın və 1 litr suya töküb 30 dəqiqə qaynadıb süzün. Yatmazdan əvvəl çaynikdə dəmlədiyiniz çox da isti olmayan ekstraktdan götürüb burun deşiklərinizi yuyun.

Qəbizlik zamanı. 1 stəkan doğranmış şibyədən götürüb 2 litr soyuq suya tökün və 1 gün saxlayıb cövhərini çıxardın. Sonra aldığınız ekstraktdan gündə 3 dəfə 0,5-1 stəkan həcmində yeməkdən əvvəl qəbul edin. Əgər ekstrakt güclü təsir edərsə bu zaman onun miqdarını azaldın. Müalicə kursu 10—15 gündür. Kəsik, yara, irinli səpgilərin, çiban və yanıqların müalicəsində. 1 xörək qaşığı doğranmış mamırdan götürüb 1 stəkan qaynar suya töküb zəifod üzərinə qoyun, 30 dəqiqə bişirib soyudun. Süzüb soyutduqdan sonra xəstə nahiyələri yumaqla bərabər kompres edin. Sarğını gündə 3 dəfə dəyişin. Çibanların müalicəsində. 2 xörək qaşığı doğranmış İslandiya mamırından götürüb 1 stəkan qaynar suya töküb 10-15 dəqiqə bişirdikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.

Damarların varikoz genişlənməsi zamanı. 5 hissə İslandiya mamırından və qatırquyruğunu götürüb, 3 hissə rəvəndə kökü, solmazçiçək, 2 hissə tozağacı, palıd, 2 hissə atşabahdı meyvəsi, 2 hissə çiyələk kökünü götürüb bir-birilə qarışdırın. Sonra qarışığı 0,5 litr qaynar suya tökün, zəifod üzərinə qoyub 5 dəqiqə bişirin. Soyudub, süzdükdən sonra gündə 3-4 dəfə 1 stəkan qəbul edin. Təmizləyir və cavanlaşdırır. İslandiya mamırının ən əhəmiyyətli xüsusiyyətlərimdən biri də hormon sisteminin işini normallaşdırmaq və maddələr mübadiləsini nizamlamaqdır, Bundan başqa orqanizmi uzun müddət yığılıb qalmış zəhərli təsirə malik maddələrdən təmizləyir və cavanlaşdırır. 12 QalxanabəKzər vəzinin hiperfunkisiyasının (diffuziya nəticəsində zəhərlənən zobun) müalicəsində. Bunun üçün 4 hissə İslandiya mamın, andız kökü, yemişan meyvəsi, 6 hissə bədrənc və pişikotu kökü, 3 hissə sürvə (şalfey) otu, şirinbiyan kökü, 5 hissə mayasarmaşığının qoz meyvəsindən götürün. I xörək qaşığı qarışıqdan götürüb 1 stəkan qaynar suya töküb 1 saat dəmləyib süzün. Sonra hazırladığınız dəmləmədən stəkanın 1/2 hissəsi qədər gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.

Alergiyaya qarşı. Stəkanın 1/3 hissəsi qədər təzə İslandiya mamınndan götürüb 2 saat suda yuduqdan sonra süzgəcə töküb qurudun. Qurutduqdan sonra 0,5 litr qaynar suya töküb zəif od üzərinə qoyub 20-25 dəqiqə bişirin! Süzüb təmizlədikdən sonra dəmləmədən gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmış qəbul edin. Orqanizmin zəhərli maddələrdən və şlaklardan təmizlənməsi məqsədilə. 2 xörək qaşığı təzə İslandiya mamırından götürüb üzərinə 1 stəkan alma turşusu əlavə edib 2 saat ərzində cövhərini çıxardın və axşamlar 1 çay qaşığı qəbul edin. Müalicə kursu 2 həftədir. Hərzaman cavan və gümrah olmaq istəyirsinizsə. 2 xörək qaşığı təzə və yaxud 1,5 xörək qaşığı həcmində quru İslandiya mamırından götürüb 0,5 litr qaynar suya töküb zəif od üzərinə qoyub, 10 dəqiqə bişirin. Sonra soyudub, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər qəbul edin. Yapon alimləri müəyyən etmişlər ki, İslandiya mamırının yaşıl çay və müalicə otlan ilə qarışığından hazırlanan dəmləmə və cövhərlər xərçəng xəstəliyini müalicə etmək üçün ən əhəmiyyətli vasitələrdən biri sayılmalıdır. Bunun üçün 2 hissə doğranmış quru mamır, qırxbuğum (yolotu), dazıotu, dəmrovotu, 3 hissə bağayarpağı, su bibəri, gicitkən yarpağından götürüb bir-birilə yaxşı-yaxşı qarışdırıb üzərinə 100 q yaşıl çay əlavə edin. Qanşıqdan 4 çay qaşığı götürüb 4 stəkan həcmində isti suya töküb zəif od üzərinə qoyub 3 dəqiqə qaynatdıqdan sonra süzün. Aldığınız ekstraktdan isti halda gündə 4 dəfə 1 stəkan yeməkarası xəstəyə verin.

Papirosu tərgitmək üçün heç bir çətin problem yoxdur. Bunun üçün sizə aşağıda qeyd etdiyimiz müalicə üsulu kömək edə bilər. Belə ki, İslandiya mamırı, qatırquyruğu, qaranquş otu, 2 hissə ladannik otu, 3 hissə gicitkən, 1 hissə qırxbuğum götürüb bir-birilə yaxşı qarışdırın. Sonra qarışıqdan 2 xörək qaşığı götürüb 0,5 litr qaynar suya töküb, 10 dəqiqə zəif od üzərinə qoyub qaynadın. 1 saat dəmləyib soyudaraq süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə stəkanın 1/3 hissəsi qədər yeməkdən sonra qəbul edin. Halhazırda apteklərdə İslandiya mamırından hazırlanan «Evozin» preparatı satılır ki, bundan dəri xəstəliklərində — çibanların, qurdeşəni (dəri vərəmi), varikoz (bədənin tük olan hissələrində kiçik irinli çivzələrdən ibarət dəri xəstəliklərində), «Paramisin» preparatından isə açıq formalı vərəm xəstəliyini, 13 «Binan» preparatından isə yanıqların, varikoz, trofiq yaralann, təzə cərrahiyyə aparılmış tikiş yaralarının müalicəsində geniş istifadə edilir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri