Icma.az
close
up
RU
Siqaretlə bilə bilə ölümə...

Siqaretlə bilə bilə ölümə...

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Siqaret çəkməyin zərərləri haqqında illərdir ki, bütün mətbuat orqanları, səhiyyə bar-bar bağırsa da, lakin söz dinləyən yoxdur. Görünür bu, elə bir alışqanlıqdır ki, ona nə ictimai qınaq təsir edir, nə maarifləndirmə kar salır, nə ağsaqqal sözü keçir, nə də həkim məsləhəti. Nəticə isə bu olur ki, dünyada hər il milyonlarla insan siqaret zəhərinin qurbanı olur. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.

1 milyard ölüm gözlənilir

XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir. Çünki tütün ağ ciyər və ürək-damar, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərin səbəbkarıdır.

Maraqlıdır, dünyada elə bir adam tapılmaz ki, siqaretin zərərləri haqqında bilməmiş olsun. Belə isə insan nə qədər şüursuz məxluqdur ki, bilə-bilə istifadə etdiyi ona zərərdir, lakin ondan əl çəkmir. Yəni bu, o qədərmi vacibdir?..

Həqiqətən düşünəndə adamın həm gülməyi gəlir, həm də ağlamağı. Nə üçün insan sağlamlığına bu qədər sıradan bir hal kimi baxır? Nə üçün bütün dünyada siqaretlə bu qədər mübarizə aparılsa da, bu, insanlara əsla təsir etmir. Sanki bu barədə eşitmirlər, bilmirlər.

Hər dəfə bu həyat üçün təhlükəni dodaqlarına yaxınlaşdıranda onun zərərləri haqqında eşitdiklərini xatırlamırlar. Xatırlamırlar ki, ildən-ilə siqaret çəkənlərin sayı artır. Bu say artdıqca ölümlərin də sayı artır...

Dövlət Statistika Komitəsinin “Ev Təsərrüfatı Tədqiqatının Əsas Yekunları”na dair 2020-ci ildə hazırlanan hesabatına görə, yaşı 15-dən yuxarı olanlar arasında siqaret çəkənlər 15,3 faiz təşkil edir. Bu rəqəm cəmi bir il sonra 15, 1 faiz olub.

Yaş qruplarına gəldikdə isə, siqaret çəkənlərin 0,2 faizi 15-19 yaşda (2021-ci ildə 0,1 faiz), 13,4 faizi 20-44 yaşda (2021-ci ildə 13,1 faiz), 21,7 faizi 45-64 yaşda (2021-ci ildə 21,9 faiz), 30,5 faizi (2021-ci ildə 14,4 faiz) 65 yaşdan yuxarı olan şəxslərdir. DSK-nın məlumatına görə, 15-19 yaşlılar 1,8 il (2021-ci ildə 1,0), 20-44 yaşlılar 10,1 il (2021-ci ildə 10,1), 45-64 yaşlılar 21,7 il (2021-ci ildə 21,5), 65 yaşlılar isə 30,5 il (2021-ci ildə 30,1) siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9,5 (2021-ci il 10,0), 20-44 yaşlılar 13,9 (2021-ci il 13,8), 45-64 yaşlılar 15,5 (2021-ci il 15,5), 65 yaşdan yuxarı olan şəxslər isə 15,4 ( 2021-ci il 15,4) ədəd siqaret çəkirlər.

Göründüyü kimi, son iki ilin statistik hesabatında rəqəmlər bir qədər artıb-azalsa da, lakin elə bir fərqli rəqəm müşahidə olunmur. Buradan da o qənaətə gəlmək olur ki, bu qədər maarifləndirmə, bu qədər mübarizə qarşısında hələ də insan qəflət yuxusundan oyanıb sağlamlığının qeydinə qalmaq fikrində deyil. Məlumata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir.

Gənclikdən başlanan yol...

2022-ci ildə siqaret çəkmə tezliyinə görə 15 yaşdan yuxarı əhali arasında hər gün çəkənlər 96,1, aradabir çəkənlər 3,9, 15-19 yaş arasında əhali arasında hər gün çəkənlər 64,7, aradabir çəkələr 35,3, 20-44 yaş arasında hər gün çəkənlər 94,9, aradabir çəkənlər 5,1, 45-64 yaş arasında hər gün çəkənlər 97,4, aradabir çəkənlər 2,6, 65 yaş və yuxarı olanlar arasında hər gün çəkənlər 95,8, aradabir çəkənlər 4,2 faiz təşkil edir.

Göründüyü kimi, siqaret çəkmək alışqanlığı əsasən gənclikdən başlanır. Bu bəlaya gənclikdə düçar oldunsa, səninlə bir ömür yol gedəcək və yaşlı çağlarında elə bir problemlə üz-üzə qoyacaq ki, nə ondan əl çəkə biləcəksən, nə də yaşamaqdan vaz keçə biləcəksən. Ölümlə olum arasındakı məsafədə isə siqaret çəkmək yaşamağa üstün gələcək. Beləliklə xəstə kimi yaşayıb ölümünü gözləyəcəksən, çünki gənclikdən başlanıb gələn alışqanlığından əl çəkə bilməyəcəksən. Buna iradən yetməyəcək.

Gənclik çağında övladlarımızı həm biz valideynlər, həm də cəmiyyət qorumalıdır. Çünki siqaretlə insan arasında qısa bir yol var. O yolda siqaret səni üstələdisə, səninlə bir ömür yoldaşdır. Yox, əgər sən ona üstün gəldinsə, deməli, bir ömür sağlam həyat səni gözləyir.

Eləcə də məktəbdə yeniyetmə oğlan və qızlarla məktəb psixoloqları iş aparmalıdır. Oğlanlara siqaretlə bağlı dost təkliflərinin yersiz olduğunu başa salmalıdır. Qızlara siqaretin modanı tamamlayacaq vasitə olmadığını anlatmalıdır. Çünki onlar həyatın astanasındadır. Nəyi neçə edəcəklərini anlamırlar. Bu yaş dövründə qorunan uşaq gələcəyə tütünsüz bir həyatla gedir. Tüstüsüz həyat isə sağlam ailə, sağlam övladlar, gözəl gələcək deməkdir.

Yox, əgər uşaqlarımızla vaxtında məşğul olmasaq, onlara vaxt ayırmasaq, qarsıda onları tüstülü bir həyat gözləyəcək. Bu isə gələcəyin qeyri-sağlam övladları, özlərinin isə hər an ölümü deməkdir. Ümumilikdə isə gələcək üçün xəstə ailənin təməlidir.

Siqaret çəkən qadının dünyaya gətirdiyi uşaq cinayətə meylli olur

Kişilərin siqaret çəkməsi nə qədər təhlükəlidirsə, qadınların ondan istifadəsi qat-qat təhlükəlidir. Çünki qadın gələcəyin anasıdır. O, dünyaya uşaq gətirəcək. Ana nəsil artırandır. Gələcək nəsillərin sağlamlığına birbaşa cavabdeh şəxsdir. Bəs belə isə, ana olacaq qadın əgər siqaret çəkirsə, onun sağlam övlad həyata gətirməsi mümkündürmü?

Mütəxəssis həkimlər vurğulayır ki, 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb.

ABŞ-da 30-55 yaş arası 100 000 qadının iştirak etdiyi böyük tədqiqatın nəticələrinə əsasən, gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər yüksəkdir. Maraqlıdır ki, həm də qadınlar kişilərlə müqayisədə siqareti atmaq üçün daha çox çətinlik çəkirlər.

Araşdırma apararkən belə bir maraqlı faktla da rastlaşdım: Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olur. Tək bu fakt siqaretin tərkibini, onun nələrə qadir olduğunu göstərmirmi? Baxın ki, siqaretin qanda yaratdığı zəhərlənmə dölə necə təsir edirsə, onun gələcək həyatında cinayətə meyllik yaranır. Həqiqətən çox maraqlı nüansdır. Siqaret çəkənlərin bəlkə də hansına sual versən ki, övladının gələcəkdə cinayətə meylli olacağını bilirsənmi, adama gülərlər. Lakin elm bunu sübut edir və bu, qaçılmazdır.

Dövlət Statistika Komitəsinin hesabatında ölkəmizdə qadınların siqaret çəkməsi ilə bağlı məlumat göstərilməsə də, hamımıza məlumdur ki, siqaret çəkən qadın və qızlarımızın sayı heç də az deyil.

Qadın gözəllik mücəssəməsidir. Bütün varlığı, vücudu ilə gözəllik saçır. Bəs barmaqlar arasında tutulan, dodaqlar arasına qoyulan siqaret, ağızdan çıxan tüstü, üst-başdan ətir əvəzinə gələn qoxu bu gözəlliyə xələl gətirmirmi?

Siqaret çəkənlərin tüstüsündə boğulanlar

Çox təəssüf ki, siqaret çəkməyənlər çəkənlərin qurbanı olurlar. Onların tüstüsündə boğulub zəhərlənirlər. Belə ki, Azərbaycanda siqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır.

Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri son illər azalmasına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə kişilərin 28% iş yerlərində, qadınların 23% evdə tütün tüstüsünün təsirinə məruz qalır.

Bəzən siqareti tərgitmək istəyən insanlara da rast gəlirik. Onlar elektron siqaretə keçməklə siqareti tərgidəcəklərini zənn edirlər. Lakin mütəxəssis həkimlər deyir ki, elektron siqaretdən istifadə etmək ən azı adi siqaret qədər təhlükəlidir. Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki qətrandır. Həkimlər də ən əsas buna görə insanlara siqaretdən imtina etməni məsləhət görür. Nikotin aludəçiləri isə çıxış yolunu elektron siqaretdə görürlər. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqaretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir.

Bu məsələlərin ciddiliyi nəzərə alınaraq ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun da qüvvəyə minib. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə olunması müəyyənləşdirilib. Qanuna əsasən, tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə müəyyən yerlərdə qadağan olunub.

Hələ də aramızda bu qanuna zidd gedən insanlar var ki, onlarla hər kəs qarşılaşıb. Belələri haqqında tədbirlərin görülməsi sözsüzdür. Lakin onlar gözdən uzaq yerlərdə məqam düşən kimi ətrafa tüstülərini yaymaqla məşğuldurlar. Çox təəssüf, onlar arasında sürücülər də var ki, bəzən taksidə utanmazcasına səndən “siqaret çəkə bilərəmmi?”,- deyə soruşurlar...

Nə qədər ki, hələ də qanundan xəbərsiz insanlar var, onlar cəmiyyət arasında özlərini lazımi səviyyədə apara bilməyəcək və bizlər də passiv siqaret çəkən olaraq qalacağıq.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see332

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see145

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see135

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see134

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see127

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see127

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see122

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see121

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see115

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri