Şir heykəli ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Yolun bəzi hissələrində yaranan çuxurlar hərəkəti çətinləşdirir, pik saatlarda isə tıxaca səbəb olur.
Avtosfer.az xəbər verir ki, bura paytaxtın Suraxanı rayonu İlqar Musayev küçəsidir. Daha dəqiq desək ''Şir heykəli'' kimi tanına dairənin ətrafı.Sakinlərin sözlərinə görə, yolun asfalt qatı təxminən bir həftə əvvəl qaşınsa da, bundan sonra təmir işləri davam etdirilməyib.
Sürücülər deyirlər ki, dairə ətrafında və asfaltın qaşındığı hissələrdə yol örtüyü daha da aşınıb, bəzi yerlərdə isə çuxurlar yaranıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yaxın iki gün ərzində İlqar Musayev küçəsində qaşınmış hissələrə yeni asfalt örtüyünün vurulması nəzərdə tutulur. Asfaltlama işləri başa çatdıqdan sonra isə yolda cizgi xətləri çəkiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Sentyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















