Icma.az
close
up
RU
Şirin su ehtiyatlarına qarşı erməni terroru ekoloji cinayətdir

Şirin su ehtiyatlarına qarşı erməni terroru ekoloji cinayətdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65 faizi qonşu ölkələrin ərazilərindən axıb gələn tranzit, 35 faizi isə yerli çayların hesabına formalaşır. Tranzit çaylar Azərbaycan ərazisinə daxil olana qədər, Ermənistan və Gürcüstan ərazilərində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır. Nəticədə, suyun tərkibində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olur və vətəndaşlarımızın sağlamlığı üçün təhlükə törədir.

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rza Mahmudov XQ-yə bildirdi ki, Gürcüstan ərazisində Xrami çayına qovuşan Debed çayı Ermənistanın ən çox çirklənmiş çaylarından biridir: “Bu çayın hövzəsində Ermənistanın Alaverdi – Ağtala filiz-mədən rayonunun metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan Vanadzor, Alaverdi və Stepenavan şəhərləri yerləşir. Həmin şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən çaya axıdılır. Debed çayı çirklənmə dərəcəsinə görə Zəngi (Razdan) və Oxçuçaydan sonra üçüncü ən çirkli çaya çevrilib.

Bizim araşdırmalara görə, civə, fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) 2-3 dəfə keçir. İllərlə davam edən bu proseslər nəticəsində Kür çayının sahilyanı sahələri və çayın dibinin çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalıb”.

Araz çayında yaranan ekoloji vəziyyət isə daha təhlükəlidir. Kiçik Qafqazın Cənub – Şərq yamacından axan çayların əksəriyyəti Azərbaycanın ikinci ən böyük çayı olan Araza tökülür. Qacaran – Qafan, Mehri – Leyvaz, Zod –Сermuk/Amulsar filiz-mədən rayonları bu ərazidə yerləşir. Təkcə onu demək kifayətdir ki, Qacaran yatağında illik emal gücü 12,8 milyon ton filizdir. Burada kükürd tərkibli zəhərli maddələr ətraf mühit üçün təhlükədir. Qafanda isə illik emal gücü 50-65 min unsiya qızıldır. Burada isə kimyəvi maddə kimi flotasiya reagenləri tətbiq olunur.

Çayın sol qollarından biri olan Zəngi (Razdan) öz suyunun çirklənmə dərəcəsinə görə, Ermənistanda ilk sıradadır. Dağ-mədən sənayesi tullantıları, İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi çayı Arazı ölü çaya çevirir.

R. Mahmudov bildirdi ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır: “Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. Eyni zamanda, çayda bioloji varlıqların kütləvi məhv olması faktları bir daha təsdiq edir ki, onun suları Ermənistan ərazisindəki dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilir. Bu da onu göstərir ki, Oxçuçay, əslində, sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır”.

Onu da qeyd edək ki, Oxçuçay o qədər zəhərlənib ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənib. Bu gün Zəngilanın allüvial-çəmən torpaqlarının 1–1,5 metr dərinliyində Qacaran və Qafan müəssisələrinin zəhərli maddələri toplanıb.

Yada salaq ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər keçirilib. Bu zaman suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə edilib. Zəngilan rayonunun Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiqləyir.

Bundan başqa, Əkərək mis-molibden kombinatının ağır metal tərkibli mədən tullantıları Kərçivan çayı vasitəsilə Araz çayına axıdılır. Kombinatın Davazam tullantı anbarının suyu Araz çayına tökülür. Çirkləndiricilər tənəffüs problemləri, nevroloji və xərçəng də daxil olmaqla bir sıra xəstəliklər yaradır. Eyni zamanda, Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan Bərgüşad çayı da ciddi şəkildə çirklənir. Bu onu göstərir ki, Hayastanın dağ-mədən sənayesi Azərbaycanın ekosisteminin sıradan çıxmasına səbəb olur. Ermənistanın ərazisindən keçərək ölkəmizə daxil olan çay sistemlərində suyun keyfiyyəti, məişətdə istifadəsi və irriqasiyada tətbiqi beynəlxalq standartlara uyğun deyil.

Hayastanın ərazisində fəaliyyət göstərən dağ-mədən müəsissələrindən atılan zərərli kimyəvi maddələr öz növbəsində transsərhəd çayların suları ilə Araz və Kür çaylarına, oradan isə Xəzər dənizinə tökülür. Və dünyanın bu nadir gölünün ekologiyasına ciddi təhdidlər yaradır. Bu isə problemin qlobal miqyasa keçdiyini göstərir.

R. Mahmudov sonda dedi ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan sular həm də Gürcüstan ərazisində çirkləndirilir: “Bu çaya, əvvəlcə Gürcüstanın Axalsixe, Borjomi, Xaşuri, Kareli, Qori, Kaspi şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və komunal-məişət tullantıları axıdılır.

Daha sonra Tbilisi şəhəri daxilində axan Kür daha ciddi çirklənməyə məruz qalır. Tbilisidə küçələrin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin (dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, avtomobil parkları və xəstəxanalar) çirkabı birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Sonra çay Rustavi şəhərindən keçir və burada da şəhərin sənaye və kanalizasiya suları ilə çiriklənir”.

Beləliklə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axar su hövzələrinə axıdılan məişət tullantıları və çirkabın təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olur. Bu, regionda və ondan kənarda yaşayan insanların sağlamlığına təhlükə törədir. Sahilboyu ərazilərdə torpaqların kənd təsərrüfatı üçün istifadəsini yararsız hala salır. Həm çaylarda, həm də Xəzər dənizində yaşayan canlıların məhvinə səbəb olur.

Bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Yeni dünya düzəninə doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı toxundu. Dövlətimizin başçısı dedi ki, Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq: “Biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır”.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri