Şirkətlər ASB dən 11 mln. manatdan çox depoziti geri çəkiblər HESABAT
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Sənaye Bankı” (ASB) 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci il ərzində ASB-nin xalis mənfəəti əvvəlki illə müqayisədə 2.7% artaraq 6 milyon 626 min manat təşkil edib. 2024-cü ildə bank 6 milyon 449 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 10.5% artaraq 39 milyon 839 min manat, faiz xərcləri isə 14.3% artaraq 20 milyon 863 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 16 milyon 194 min manata ( illik müqayisədə 2.7% çox), qeyri-faiz xərcləri isə 26 milyon 161 min manata ( illik müqayisədə 1.3% çox) bərabər olub.
Cari ilin yanvar ayının 1-nə bankın aktivləri ötən ilin əvvəli ilə müqayisədə 6% və ya 46.9 milyon manat artaraq 826 milyon 188 min manata bərabər olub . Ötən il ASB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15% və ya 44.96 milyon manat artaraq 340 milyon 741 min manata bərabər olub.
Bu dövrdə ASB-nin cəmi öhdəlikləri 697 milyon 862 min manat təşkil edib ki, əvvəlki illə müqayisədə 6% və ya 39.5 milyon manat çoxdur.
2025-ci ildə fiziki şəxslərin depozitləri 2024-cü ilə nisbətən 20.9 milyon manat artaraq 313 milyon 976.7 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 11.3 milyon manat azalaraq 161 milyon 603.9 min manat olub. Beləliklə bankın ümumi depozit portfeli ötən il 9.6 milyon manat artaraq 475.6 milyon manat olub.
2026-cı il yanvar ayının 1-nə ASB-nin cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 6.2% və ya 7.5 milyon manat artaraq 128.3 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Yanvar 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















