Icma.az
close
up
RU
Şirkətlər ASB dən 8 mln. manatdan çox depoziti geri çəkiblər Hesabat

Şirkətlər ASB dən 8 mln. manatdan çox depoziti geri çəkiblər Hesabat

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Sənaye Bankı” (ASB) 2025-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin III rübündə ASB-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artaraq 5 milyon 154.8 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 4 milyon 700 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 6.8% artaraq 28 milyon 691.7 min manat, faiz xərcləri isə 3.6% artaraq 14 milyon 319 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 11 milyon 691.5 min manata ( illik müqayisədə 1.6% çox), qeyri-faiz xərcləri isə 19 milyon 50.7 min manata ( illik müqayisədə 1.1% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 7 milyon 12 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 23% çoxdur.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.6% və ya 20.2 milyon manat artaraq 779 milyon 426 min manata yüksəlib. Cari ilin ilk 9 ayında ASB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.9% və ya 5.7 milyon manat artaraq 301 milyon 892 min manata bərabər olub.

Bu dövrdə ASB-nin cəmi öhdəlikləri 672 milyon 819 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.2% və ya 14.4 milyon manat çoxdur.

Şirkətlər doqquz ay ərzində ASB-dən 8 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 5.8% və ya 16.9 milyon manat artaraq 309 milyon 926 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 4.8% və ya 8.3 milyon manat azalaraq 164 milyon 552.6 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk doqquz ayında 1.8% və ya 8.6 milyon manat manat artaraq 474 milyon 478 min manata yüksəlib.

2025-ci il oktyabr ayının 1-nə ASB-nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.7% və ya 5.7 milyon manat artaraq 126 milyon 607 min manat təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri