Ötən ay şirkətlər banklardan 800 mln. manatdan çox depoziti geri çəkiblər
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il fevral ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 961 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 2% və ya 735 milyon manat azalıb.
Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 3.5% və ya 822 milyon manat azalaraq 22 milyard 575.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 0.6% və ya 85.9 milyon manat artaraq 14 milyard 385.4 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 25 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















