Icma.az
close
up
RU
Şirkətlər bu valyutalara milyardlarla dollar yatırır

Şirkətlər bu valyutalara milyardlarla dollar yatırır

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə kriptovalyutalara, xüsusilə də Bitcoin və Ethereum-a olan maraq təkcə fərdi investorlar deyil, böyük şirkətlər arasında da artıb. ABŞ və bir çox ölkədə bu sahədə hüquqi çərçivələrin formalaşması, şirkətlərin rəqəmsal aktivlərə yönəlməsini asanlaşdırıb.

News24.az xəbər verir ki, ABŞ-da Donald Trampın prezidentliyə qayıdışı ilə kriptovalyutalara müsbət yanaşmanın artması, investorlar arasında əlavə güvən yaradıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Bitcoin və Ethereum üçün birja yatırım fondlarına (ETF) icazə verməsi də bu marağı daha da artırıb.

Hazırda bəzi böyük banklar şirkətlərə kriptovalyuta yatırımı və saxlama xidməti təqdim edir. Bu da böyük maliyyə qurumlarının bazara daxil olmasını sürətləndirib.

ABŞ mərkəzli Strategy adlı proqram təminatı şirkəti bu sahədə öncül rola sahibdir. Şirkət 607 mindən çox Bitcoin alaraq, ən böyük korporativ investor hesab olunur. Strategy bu yatırımları ortalama 71 min dollardan həyata keçirib və hazırda bu sərmayələrdən 25 milyard dollara yaxın nerealiz olunmuş qazanc əldə edib.

Digər tərəfdən, Elon Musk-ın qurucusu olduğu Tesla da 11 mindən çox Bitcoin saxlayır. Şirkət 2021-ci ildə bu bazara 1,5 milyard dollarlıq giriş etmişdi və bir hissəsini satsalar da, qalan hissəni hələ də balansında saxlayır.

Donald Trampın şirkəti olan “Trump Media and Technology Group” isə 2 milyard dollarlıq Bitcoin yatırımı etdiyini açıqlayıb. Şirkətin likvid vəsaitinin üçdə birini bu sərmayə təşkil edir.

Ethereum-a olan maraq da artmaqdadır. Sharplink adlı ABŞ şirkəti 360 mindən çox Ethereum alaraq, aktivlərini 1,3 milyard dollar dəyərində göstərib. Həmçinin BitMine Immersion Technologies adlı başqa bir qurum da 100 mindən çox Ethereum sərmayəsi ilə ön sıralardadır.

Veri analiz platforması The Block-un məlumatına görə, Bitcoin ETF-lərinin ümumi dəyəri 160 milyard dolları, Ethereum ETF-lərinin isə 18 milyard dolları keçib.

Bütün bu göstəricilər kriptovalyutaların artıq yalnız texnologiya həvəskarlarının deyil, qlobal maliyyə sistemində yer alan iri şirkətlərin də əsas maraq obyektinə çevrildiyini sübut edir.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri