Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələyə baxılıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Milli Məclisdə Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələyə baxılıb.
Oxu.Az xəbər verir ki, sözügedən layihə parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş Rayon Məhkəməsinin hakimi Cavid Sultanov, Masallı Rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı Rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.
Həmçinin Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə yer alıb.
Sonda məsələ səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 11 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















