Şirvan şəhər İcra Hakimiyyətinin tenderi şübhə altında Qalib şirkətin vergi borcu var
Icma.az, Mia.az saytına istinadən bildirir.
Şirvan şəhər İcra Hakimiyyəti cari ilin dekabr ayının 6-da "Şirvan şəhərində abadlıq işləri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 195.272 manat olub.
İcra Hakimiyyəti satınalmada "AS-TƏMİR TİKİNTİ" (VÖEN: 2100971171) Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.
"AS-TƏMİR TİKİNTİ" MMC 2017-ci ildə təsis edilib.
Şirkətin hüquqi ünvanı Şirvan şəhərindədir.
Şirkətin qanuni təmsilçisi isə Mustafayev Anar Ağasəf oğludur.
Şirvan şəhər İcra Hakimiyyəti keçirdiyi bu satınalmada qanun pozuntusuna yol verib.
Belə ki, İcra Hakimiyyətinin qalib etdiyi "AS-TƏMİR TİKİNTİ" MMC-nin hazırda dövlətə 351.252 manat vergi borcu var.
"Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Xatırladaq ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur.
İ.Abbasov 2019-cu ildən bu vəzifədə çalışır(Poliqon.info)
Onu da qeyd edək ki, İ.abbasovun köməkçisi də bacanağıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















