Şirvan şəhərində Ulu Öndərin 102 iliyinə həsr olunan konsert atəşfəşanlıqla sona çatıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Şirvan, 11 may, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birlikdə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında Ulu Öndərin anadan olmasının 102 illiyi münasibətilə konsert təşkil edilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Heydər Əsədov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar Kollektivi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti və solistlərinin ifası ilə keçirilən konsert proqramı atəşfəşanlıqla sona çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















