Icma.az
close
up
RU
Şirvan şəhərinin iki futbol klubu birləşdi

Şirvan şəhərinin iki futbol klubu birləşdi

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Şirvan futbolunda ciddi dəyişiklik olub.

İdman.Biz xəbər verir ki, 20 illik futbolsuzluq fasiləsindən sonra fəaliyyətə başlamış “Şirvan” FK və “Şirvan” OİK böyük ənənəsi olan şəhər futbolunun inkişafı naminə mühüm addım atıb.

Bu barədə “Şirvan” FK açıqlama yayıb:

“Atılan mühüm addım barədə ictimaiyyətin və hər iki klubun azarkeşlərinin diqqətinə çatdırırıq ki, “Şirvan” FK və “Şirvan” OİK rəhbərliklərinin qarşılıqlı razılığı əsasında bu gündən etibarən vahid klub şəklində fəaliyyətlərini davam etdirmək qərarı qəbul edib.

Bu qərar hər iki klubun tarixini, ənənələrini və qazandığı dəyərləri qorumaqla yanaşı, Şirvan şəhərində futbolun daha güclü təmsil olunması, mövcud potensialın bir mərkəzdə birləşdirilməsi, infrastrukturun inkişafı, gənc futbolçuların yetişdirilməsi və qarşıya qoyulan idman hədəflərinə daha effektiv şəkildə çatmaq məqsədi daşıyır.

Yeni mərhələdə fəaliyyət göstərəcək vahid klub hər iki kollektivin zəngin irsini özündə birləşdirəcək, şəhərimizi ölkə futbolunda daha layiqli şəkildə təmsil etmək üçün bütün imkanlarını səfərbər edəcək.

Bu birləşmə heç bir klubun tarixinin sona çatması deyil. Əksinə, bu, iki dəyərli yolun ortaq məqsəd naminə birləşərək daha güclü gələcək qurması deməkdir.

İnanırıq ki, bu addım Şirvan futbolunun inkişafında yeni bir dövrün başlanğıcı olacaq.

Bu günə qədər hər iki kluba dəstək göstərən azarkeşlərimizə, veteran futbolçularımıza, məşqçilərimizə, tərəfdaşlarımıza və şəhər ictimaiyyətinə təşəkkürümüzü bildiririk.

İnanırıq ki, bundan sonra da eyni birlik və inamla vahid klubumuzun yanında olacaq, uğurlarımızı birlikdə qeyd edəcəyik.

Yeni hədəflər, yeni uğurlar və daha güclü Şirvan futbolu naminə bu yola birlikdə çıxırıq”.

Xatırladaq ki, “Şirvan” FK 2024/2025-ci illər mövsümündə debüt etdiyi AFFA Region Liqasında finala qədər irəliləməklə pley-offa çıxaraq 2-ci Liqaya vəsiqə əldə etmişdi.

Aranlılar 2025/2026-cı illər mövsümündə 12 komandalı liqada mübarizə ruhu ilə 40 xal toplayaraq 4-cü pilləni tutub.

“Şirvan” OİK isə AFFA Regon Liqasında çıxışını davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri