Şirvanda dələduzluq edən şəxs saxlanıldı Foto
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















