Icma.az
close
up
RU
Şıxlinski: “İlham Rəhimovun sayəsində sərbəst buraxıldım”

Şıxlinski: “İlham Rəhimovun sayəsində sərbəst buraxıldım”

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən biri olan Şahin Şıxlinski azadlığa buraxılıb.

Bu barədə məlumatı Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu verib.

Rauf Arifoğlu bildirib ki, Şahin Şıxlinskinin azadlığa buraxılması məsələsinə tanınmış hüquqşünas, professor İlham Rəhimov şəxsən müdaxilə edib və məsələni nəzarətə götürüb.

Rauf Arifoğlu qeyd edib ki, o, bu barədə şəxsən İlham Rəhimovla danışıb və Şıxlinskinin azad edildiyi barədə məlumat alıb. İlham Rəhimov deyib ki, bu barədə o, Rusiya İstintaq Komitəsinin sədri Bastırıkindən xahiş edib: “İndicə Şahinlə danışdım, azadlıqda olduğunu dedi və təşəkkür etdi”.

Xatırladaq ki, bir neçə gündür Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təzyiqlər və hücumlar artmaqdadır. Xüsusən də Rusiya hüquq-mühafizə orqanlarının Ural bölgəsində keçirdiyi əməliyyat nəticəsində azərbaycanlı Səfərov qardaşları – Hüseyn və Ziyəddin Səfərov – xüsusi təyinatlı OMON dəstələri tərəfindən öldürülüb. Həmin əməliyyatda daha bir neçə azərbaycanlı saxlanılıb və bəziləri xəsarət alıb.

Bu hadisələrdən sonra Yekaterinburqda yaşayan Azərbaycan diasporunun üzvlərinə qarşı basqıların artdığı müşahidə olunurdu. Dünən isə məlum olmuşdu ki, diasporun yerli liderlərindən Şahin Şıxlinski oğlu ilə birlikdə avtomobilində olarkən Rusiya polisi tərəfindən saxlanılıb.

Bunun ardınca Azərbaycan cəmiyyətində, o cümlədən sosial şəbəkələrdə böyük narahatlıq yaranmışdı. Professor İlham Rəhimovun bu məsələyə müdaxiləsi və rəsmi dairələrə təzyiqləri nəticəsində Şıxlinskinin azadlığa buraxıldığı bildirilir.

Beləliklə, hazırda Şahin Şıxlinski və onun ailəsi azadlıqdadır. \\İnfoaz.ws

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri