Siyarto Avropa Komissiyasından Ursula von der Leyenin Pfizer in rəhbəri ilə yazışmalarını ictimailəşdirməyi tələb edib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Avropa Komissiyası ona rəhbərlik edən Ursula Von der Leyenin dərman istehsalçısı olan və COVID19 üçün nəzərdə tutulan vaksinlərdən milyardlarla dollar qazanan “Pfizer” şirkəti ilə əlaqələri barədə məlumatları ictimaiyyətə açıqlamalıdır”.
APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Məhkəməsinin Avrokomissiya rəhbəri barəsindəki qərarına münasibət bildirərkən “X” hesabında yazıb.
“Ursula von der Leyen bizə şəffaflıq barədə mühazirələr oxuyur, özü isə “Pfizer” ilə olan sövdələşmələrini bizdən gizlədir. Biz Avropa Komissiyanını Avropa Məhkəməsinin qərarına hötmətlə yanaşmağa və vaksinlərin alışı ilə bağlı yazışmaları ictimaiyyətə açıqlamağa çağırırıq. Vaksinlərin alınması nəyə görə ləngiyirdi? Niyə görə Avropa ölkələrindən bu məqsədlə əlavə vəsait alınırdı? Özünüzə haqq qazandırdığınız yetər. Biz cavab tələb edirik”.
Qeyd edək ki, məhkəmə heyəti Ursula von Der Lyayenin 2021-2023-cü illərdə imzalanmış 30 milyard dollarlıq vaksin razılaşmasına dair informasiyanı gizlətməkdə təqsirli bilib və Avropa Komissiyasından həm onların, həm də Ursula von der Leyenin yuxarıda adı çəkilən şirkətin rəhbəri Albert Burla ilə yazışmalarının ictimailəşdirilməsini tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















