Icma.az
close
up
RU
Avropa Ədalət Məhkəməsi Ursula fon der Lyayenin “Pfizer” şirkətinin rəhbəri ilə yazışmalarının açıqlanmasına hökm edib

Avropa Ədalət Məhkəməsi Ursula fon der Lyayenin “Pfizer” şirkətinin rəhbəri ilə yazışmalarının açıqlanmasına hökm edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 14 may, AZƏRTAC

Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasına qarşı məhkəmə iddiasında “The New York Times” qəzetinin xeyrinə qərar qəbul edib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, məhkəmə Avropa Komissiyasının Prezident Ursula fon der Lyayenin koronavirus pandemiyası dövründə “Pfizer” şirkətinin rəhbəri Albert Bur ilə ilə apardığı SMS yazışmalarının ictimaiyyətə təqdim etməli olmasına dair hökm çıxarıb.

Avropa Ədalət Məhkəməsi 2021-ci ilin yanvarından 2022-ci ilin mayınadək aparıldığı iddia olunan yazışmaların təqdim edilməməsi ilə bağlı Avropa Komissiyasının qərarını ləğv edib. “Məhkəmə bu qərarı ilə iddianı qəbul edir və Komissiyanın qərarını etibarsız hesab edir”, - deyə Avropa Ədalət Məhkəməsinin qərarında qeyd olunub.

Məhkəmə Komissiyanın bu sənədlərin mövcud olmadığı barədə arqumentini qeyri-inandırıcı sayıb. Avropa Komissiyası həmin mesajların rəsmi arxivə daxil edilmədiyini və bu səbəbdən axtarılmasının mümkün olmadığını bildirmişdi. Lakin məhkəmə bu mövqeni qənaətbəxş hesab etməyib və bildirib ki, Komissiya mesajların axtarılması prosesinin necə aparıldığını dəqiq şəkildə izah etməyib. Eyni zamanda, həmin yazışmaların könüllü və ya avtomatik şəkildə silinib-silinmədiyi, yaxud telefonun dəyişdirilib-dəyişdirilmədiyi barədə məlumat verilməyib.

Pandemiya dövründə Avropa İttifaqı üzv ölkələr üçün təcili şəkildə vaksinlər əldə etməyə çalışıb və əsas təchizatçı kimi “BioNTech/Pfizer” şirkəti seçilib. Bu təchizatın qiymətinin milyardlarla avro təşkil etdiyi ehtimal olunur. Lakin müqavilələrin şərtləri və təchizat prosesi şəffaf olmadığı üçün ictimaiyyət arasında narahatlıq və suallar yaranıb.

“The New York Times” qəzetinin jurnalisti Matina Stevis bu yazışmalara çıxış əldə etmək üçün Komissiyaya rəsmi müraciət etmiş, rədd cavabı aldıqdan sonra işi məhkəməyə vermişdi. Məhkəmə bildirib ki, Avropa İttifaqının institutlarının sənədləri əsasən ictimaiyyətə açıq olmalıdır və istisnalar yalnız ciddi əsaslara dayanmalıdır.

Avropa Komissiyası yaydığı rəsmi açıqlamada bildirib ki, qərarı diqqətlə araşdıracaq və növbəti addımları bundan sonra müəyyən edəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri