Siyasət Əsgərov: “Əsas çətinliyi Latviya və Gürcüstan yaradacaq”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasına UEFA Millətlər Liqasının C Liqasının ikinci qrupunda əsas çətinliyi Latviya və Gürcüstan seçmələri yaradacaq”.
Bunu Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis püşkatmanın nəticələrini dəyərləndirib.
“Millətlər Liqasında rəqiblərimizin bəlli olmasını uzun müddət idi ki, gözləyirdik. Bu, bizim üçün çox əhəmiyyətli idi. Qrupda Latviya, Gürcüstan və Lixtenşteyn yer alıb. Latviya və Gürcüstanla əvvəllər yoldaşlıq görüşləri keçirmişik. Gürcüstanla əvvəl rəsmi matçda da qarşılaşmışıq. Lakin son illərdə yoldaşlıq matçı belə oynamamışıq. Latviya ilə üç il əvvəlki hər iki qarşılaşmada bərabərə qalmışıq. Lixtenşteynlə isə ilk dəfə rəqib olacağıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, rəqiblərin gücünə diqqət çəkib:
“Düşünürəm ki, Latviya da, Gürcüstan da son illərdə qadın futbolunda sözünü demiş komandalardandır. Rəqiblərlə eyni gücə malik olduğumuz üçün çox ciddi və sərt oyunlar keçəcək. Lixtenşteyn də yeni inkişaf edən komandadır, onlar da xal qazanmaq üçün mübarizə aparacaqlar. Lakin qrupda bizə əsas çətinliyi Latviya və Gürcüstan yığmaları yaradacaq. İstədiyimiz nəticəni əldə etmək üçün maksimum diqqətli olmalı, ciddi hazırlaşmalı, minimum səhv edib qarşı tərəfi səhvə məcbur etməliyik”.
S.Əsgərov futbolçuların hazırlıq vəziyyətinin vacibliyini də vurğulayıb:
“Futbolçularımızın çoxu ölkə xaricində, müxtəlif klublarda çıxış edir. Arzumuz odur ki, milli komandanın toplanışından əvvəl zədə problemləri olmasın. Oyunçular komandanın düşərgəsinə tam sağlam, yaxşı fiziki formada və oyun təcrübəsi ilə qoşulsalar. Bu, bizim üstünlüyümüz olacaq. İndi oyun təqviminin açıqlanmasını gözləyirik və buna uyğun planlaşdırma aparacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının C Liqasının ikinci qrupunda Latviya, Gürcüstan və Lixtenşteynlə mübarizə aparacaq. İlk tura 2027-ci il fevralın 23-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















