Icma.az
close
up
RU
SİYASƏTDƏ LƏYAQƏT NÜMUNƏSİ Zelenski öz siyasi rəqibini niyə mükafatlandırdı? (FOTO)

SİYASƏTDƏ LƏYAQƏT NÜMUNƏSİ Zelenski öz siyasi rəqibini niyə mükafatlandırdı? (FOTO)

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna müharibəsi sıravi ukraynalılarla yanaşı, bu ölkədəki bir çox siyasi fiqurlar üçün çətin sınaq oldu. Onlardan Rusiyaya satılanlar da, müharibənin ağır günlərində korrupsiya ilə məşğul olanlar da, ölkəni qoyub Avropaya qaçanlar da olub. Lakin özünü çox ləyaqətli aparan, ölkəni bu vəziyyətdən çıxarmaq üçün əlindən gələni edən, hətta cəbhədə həlak olan siyasətçilərə dair də xeyli nümunələr var…

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Prezident Volodimir Zelenski Pilotsuz Sistemlər Batalyonu komandiri Oleq Lyaşkonu “Ukraynanın Müdafiəsinə görə Ordeni” ilə təltif edib. Söhbət Ukraynadakı ən qalmaqallı siyasətçilərdən biri, Ukrayna Radikal Partiyasının sədri, keçmiş deputat və prezidentliyə namizəd Oleq Lyaşkodan gedir. 2019-cu il prezident seçkisində Zelenskinin rəqiblərindən biri olan, seçicilərin 6 faizə yaxın səsini toplayan Lyaşko həm seçkidən öncə, həm də sonra Zelenskini ən sərt şəkildə tənqid edən siyasətçilərdən biri olub. Radikal mövqeyilə seçilən, keçmiş Prezident Pyotr Poroşenkonu güllələməyi təklif edən, ABŞ-ni isə Ukraynanın daxili işlərinə qarışmaqda sərt ittiham edən Lyaşko zamanında Zelenski və onun ətrafı barədə də kəskin ifadələr işlədib. Zelenski isə hələ aktyorluğu dövründə Lyaşkonu hətta təhqiramiz şəkildə parodiya edib. Prezident seçiləndən sonra da onların münasibətləri kəskin olub. 2019-2022-ci illərdə siyasətçi Lyaşko (artıq deputat deyildi) Prezidentə qarşı qəzəbli çıxışları ilə tanınıb.

Lakin 2022-ci il fevralın 24-dən – müharibə başlayan gündən hər şey dəyişdi. Ukrayna birləşdi. Zelenski cəsarəti ilə dünyanı heyrətləndirdi, Lyaşko isə könüllü şəkildə cəbhəyə yazılaraq ukraynalıları yaxşı mənada təəccübləndirdi. O, son dörd ildir ki, susur və vətənini ön xətdə müdafiə edir. Nə Zelenski, nə də hakimiyyət barədə müharibə başlayan gündən bəri bir dəfə də olsun mənfi danışmayan Lyaşko orduda batalyon komandiri vəzifəsinə qədər yüksəlib. Onun bu ləyaqətli davranışı Zelenski tərəfindən eyni dərəcədə ləyqətlə qiymətləndirilib. Lyaşkonun bu ordenə layiq görülməsi isə yəqin ki, siyasətdə ləyaqətin, mərdliyin nadir nümunələrindən biri kimi tarixə düşəcək.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Yanvar 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri