Icma.az
close
up
RU
Siyasi analitik: Türk gəncliyinin birliyi ortaq güc mərkəzinin formalaşmasını sürətləndirir

Siyasi analitik: Türk gəncliyinin birliyi ortaq güc mərkəzinin formalaşmasını sürətləndirir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 avqust, AZƏRTAC

Məlum olduğu kimi 2025-ci il avqustun 18-20-də Qazaxıstanın Almatı şəhərində “Almatı: Türk Dünyası Gənclər Paytaxtı 2025”-in açılış mərasimi keçirilib. Türk Dövlətləri Təşkilatının (TDT) dəvəti ilə 6 türk dövlətinin nümayəndələri tədbirdə iştirak ediblər.

Beynəlxalq tədbirə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud AZƏRTAC-a bildirib ki, Türk dünyasının “Gənclər Paytaxtı” statusu rəmzi olaraq Azərbaycanın Lənkəran şəhərindən Qazaxıstanın Almatı şəhərinə təhvil verilib. Onun sözlərinə görə, bu münasibətlə 2025-ci ilin Türk dünyası gənclər paytaxtında bir sıra tədbirlər təşkil edilib.

“Türk gəncliyinin ortaq və firavan gələcəyimizin formalaşmasındakı dinamik rolunun daha da artmasına xidmət edən belə tədbirlər ortaya yeni və faydalı ideyaların çıxmasını və inteqrasiyanı stimullaşdırır. Hazırkı qlobal geosiyasi konfiqurasiya Türk dünyasının birləşərək yeni və vahid güc mərkəzinə çevrilməsini zəruri edir. Bu prosesin sürətlənməsi üçün Türk dünyası gənclərinin daha sıx kommunikasiyada olması, dialoq mühitinin gücləndirilməsi və qarşılıqlı səfərlərin artması tələb olunur. Bu cəhətdən Lənkərandan sonra Almatı şəhərinin qarşıdakı bir ildə türk coğrafiyasındakı gənclərlə bağlı tədbirlərə ev sahibliyi etməsi türk birliyini, gənclərin müxtəlif sahələrdə əməkdaşlığını və onların dostluğunu daha da möhkəmləndirəcək. Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin milli və mənəvi dəyərləri hər zaman dərindən mənimsəməsinin, onların milli ideoloji düşüncəyə sahib olmasının vacibliyi ilə bağlı söylədiyi fikirlərin məntiqi nəticəsi olaraq gənclərimizin Türk dünyasının birliyinin güclənməsinə xidmət edən platformalarda fəal iştirakının təmin olunması sevindiricidir. Prezident İlham Əliyev başda olmaqla TDT-yə üzv ölkələrin ali rəhbərliyinin siyasi iradəsinin təzahürlərindən biri də Türk dünyası gəncliyinin müasir çağırışlara adekvat şəkildə, türk ruhunda, qədim tarix və zəngin mədəniyyətin məsuliyyətini daşıyaraq inkişaf etməsidir. Bu cəhətdən Türk dünyasına aid hər yeni beynəlxalq tədbir bizə hiss etdirir ki, türk dövlətləri arasında münasibətlərin dərinləşməsi Turana gedən yolu qısaldır”, - deyə siyasi analitik Elməddin Behbud vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri