Icma.az
close
up
RU
Azərbaycançılıq: etnik müxtəlifliyi dövlətçilik məfkurəsində birləşdirən milli ideya ŞƏRH

Azərbaycançılıq: etnik müxtəlifliyi dövlətçilik məfkurəsində birləşdirən milli ideya ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi yalnız mədəniyyətlərarası münasibətlərin əhəmiyyətinə dair fikirlərlə məhdudlaşmayıb, həm də tarixi-mədəni kimliyimiz, Azərbaycanın inkişaf yolu, milli dəyərlərimiz, beynəlxalq münasibətlər sistemində mövqeyimiz ortaya qoyuldu. Ölkəmizin multikulturalizm ənənələri, müharibə və sülh məsələlərinə yanaşmamız, ərazi bütövlüyünün bərpası, eləcə də qlobal siyasətdə ədalət və bərabərlik prinsiplərimiz ön plana keçdi. Prezident İlham Əliyevin nitqində xüsusi diqqətçəkən mühüm məsələlərdən biri də azərbaycançılıq ideyası oldu. Prezident bu ideyanın Azərbaycanda yaşayan bütün xalqları, etnik və dini qrupları birləşdirən ümummilli dəyər kimi səciyyələndirməsi, fikrimizcə, ölkəmizdəki müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid milli ideya ətrafında birləşməsi müstəqillik tariximizin ən mürəkkəb dövrlərində özünü göstərib. Azərbaycançılıq inteqrativ ideologiya sistem, milli ideya formasıdır.

Bu fikirlər Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalovun “Azərbaycançılıq etnik müxtəlifliyin vahid milli ideya ətrafında birləşməsidir” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli Lider Heydər Əliyev qeyd edib ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu gün tam şəkildə əminliklə deyə bilərik ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir.

Bu ideologiya sonrakı dövrdə, Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirildi və inkişaf etdirildi. Azərbaycançılıq Prezident İlham Əliyevin dövründə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan həmvətənlərimizin, ölkəmizlə bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Bu gün azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi və digər ali dəyərlər dayanır. Ölkə başçısı bu ictimai həmrəyliyin Azərbaycanın sabitliyinin mühüm dayaqlarından biri olduğunu vurğuladı.

Dövlətçilik və vətənpərvərlik ideyalarını özündə birləşdirən azərbaycançılıq vahid və bölünməz birlik və həmrəylik prinsiplərini özündə ehtiva etməklə, həm də bizim keçmişimizdən gələn milli dəyər olaraq vahid Azərbaycanın ideyası əsasında bütün xalqların həmrəylik və anlaşma içində birgə yaşamasını multikultural ənənənin təzahürüdür.

İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, azərbaycançılıq ölkəmizdəki bütün xalqları, etnik və dini qrupları bir araya gətirir, vahid ideologiya ətrafında sıx birləşdirir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin birgə yaşaması, onların hüquq və azadlıqlarının Azərbaycan Konstitusiyası ilə qorunması ölkəmizdə qarşılıqlı hörmət mühitinin yaranmasına xidmət edir.

Milli birlik, milli həmrəylik etnik və dini eynilik üzərində deyil, ümumi dövlətə, Vətənə və ortaq dəyərlərə bağlılıq üzərində formalaşa bilər. Ölkə başçısının bu yanaşmasında azərbaycançılıq ideyası cəmiyyətdəki müxtəlifliyi aradan qaldıran deyil, həmin müxtəlifliyi vahid dövlətçilik məfkurəsi daxilində birləşdirən prinsip kimi təqdim olunur.

Qeyd edə bilərik ki, ölkəmizdə azərbaycançılıq ideyası ətrafında vahid halda birləşən, milli birlik nümayiş etdirən Azərbaycanı öz Vətəni hesab edən bütün Azərbaycan xalqı özünü, Vətənini müdafiə etdi, təcavüzkarları ölkəmizdən qovdu, torpaqlarımız işğaldan azad oldu, suverenliyimiz tam təmin edildi. Prezident 44 günlük Vətən müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin birlik nümayiş etdirməsini xatırladaraq bunu "Dəmir yumruq" rəmzi ilə ifadə etdi. Bu gün, həm də xalqımız qarşısında duran əsas vəzifə əldə olunmuş uğurları, nailiyyətləri qorumaq, milli birliyi daha da möhkəmləndirmək və regionda davamlı əmin-amanlığın, sabitliyin, sülhün təmin olunmasına çalışmaqdır. Azərbaycanın multikulturalizm təcrübəsi, müstəqil xarici siyasət və beynəlxalq əməkdaşlıq imkanları bu məqsədlərə çatmaq üçün mühüm əsas yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri