Icma.az
close
up
RU
Siyasi etimad və əməkdaşlıq Məşhur Məmmədov yazır

Siyasi etimad və əməkdaşlıq Məşhur Məmmədov yazır

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ilə Serbiya arasında münasibətlər tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Diplomatik əlaqələr qurulduqdan sonra iki ölkə arasında siyasi dialoq davamlı xarakter almış, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər münasibətlərin inkişafında mühüm rol oynamışdır.

Son illər ərzində Bakı və Belqrad arasında əməkdaşlıq təkcə siyasi müstəvidə deyil, iqtisadi, enerji, humanitar və mədəni sahələrdə də genişlənmişdir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyərək prinsipial mövqe nümayiş etdirir. Bu qarşılıqlı dəstək Azərbaycan–Serbiya əlaqələrinin strateji mahiyyət daşıdığını göstərən əsas amillərdəndir.

Xüsusilə enerji və investisiya sahəsində əməkdaşlıq son illərdə yeni dinamika qazanmış, Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edərkən, Serbiya regionda mühüm siyasi və iqtisadi aktor kimi tərəfdaşlığın dərinləşməsinə töhfə vermişdir. Bu münasibətlər qarşılıqlı maraqlara söykənən, uzunmüddətli perspektivə hesablanmış əməkdaşlıq modelini formalaşdırmışdır.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar bu strateji xəttin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər təkcə diplomatik jest deyil, dərin siyasi etimada, qarşılıqlı maraqlara və uzunmüddətli strateji baxışa əsaslanan əməkdaşlıq modelinin möhkəmləndiyini göstərdi.

Bu səfər iki ölkə arasında illər ərzində qurulmuş dostluq münasibətlərinin məntiqi davamı olmaqla yanaşı, enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan və Serbiya arasında münasibətlər qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. Serbiya Prezidenti Aleksandar Vuçiç ilə formalaşmış səmimi dialoq və liderlərarası etimad əməkdaşlığın dinamik inkişafını təmin edən əsas faktorlardandır. Hər iki ölkə beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyir ki, bu da müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi münasibətlərin institusional əsaslara söykəndiyini təsdiqlədi. Qarşıdakı dövr üçün konkret istiqamətlər müəyyənləşdirilib və bu istiqamətlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahələrində yeni layihələrin reallaşdırılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsini əhatə edir. Bu yanaşma göstərir ki, Azərbaycan–Serbiya münasibətləri artıq sistemli və uzunmüddətli strateji tərəfdaşlıq mərhələsinə keçib.

Energetika sahəsi səfərin əsas prioritet istiqamətlərindən biri kimi ön plana çıxdı. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və ixrac həcminin artırılması ilə bağlı razılıq əldə olunub. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun növbəti göstəricisidir.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə formalaşmış Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsində mühüm yer tutur. Serbiyanın bu marşrut vasitəsilə enerji təchizatını şaxələndirməsi ölkənin enerji təhlükəsizliyini gücləndirir, eyni zamanda Azərbaycan üçün yeni və dayanıqlı bazar imkanları yaradır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.

Ölkələr arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri də diqqət çəkir. Azərbaycanın Orta Dəhliz təşəbbüsü çərçivəsində artan tranzit imkanları Balkan regionu ilə əlaqələrin genişlənməsi üçün əlavə zəmin yaradır. Serbiya regionda mühüm nəqliyyat qovşağı kimi çıxış edir və bu baxımdan iki ölkə arasında logistika sahəsində əməkdaşlıq Avrasiya məkanında inteqrasiya proseslərinə töhfə verə bilər.

Bütövlükdə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan xarici siyasətinin çoxşaxəli və balanslaşdırılmış xarakterini bir daha nümayiş etdirdi. Bu siyasət regional sabitliyə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydaya əsaslanır. Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi həm Cənubi Qafqaz, həm də Balkan regionunda yeni əməkdaşlıq imkanları yaradır.

Bu səfər Azərbaycan diplomatiyasının uğurlu və düşünülmüş kursunun bariz nümunəsidir. Dövlətimizin artan beynəlxalq nüfuzu, enerji və nəqliyyat layihələrində aparıcı rolu, eləcə də prinsipial və müstəqil xarici siyasəti ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Serbiya ilə münasibətlərin inkişafı isə bu strateji kursun mühüm tərkib hissəsidir və gələcək illərdə daha əhəmiyyətli nəticələr verəcəyinə şübhə yoxdur.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Fevral 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri