Siyasi fəalın güllələnməsi ilə bağlı ABŞ da bayraqlar yarıya qədər endirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 11 sentyabr, AZƏRTAC
ABŞ-da mühafizəkar siyasi fəal Çarli Kirkin güllələnməsi ilə əlaqədar Prezident Donald Tramp ölkədə bayraqların yarıya qədər endirilməsini əmr edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində elan edib. Bayraqlar sentyabrın 13-ü yerli vaxtla saat 18:00-a kimi endirilmiş vəziyyətdə qalacaq.
Qeyd edək ki, Donald Trampın tərəfdarı olan 31 yaşlı siyasi fəal Utah Valley Universitetində çıxışı zamanı güllələnib. Hadisədə şübhəli bilinən şəxs bir neçə saat sonra saxlanılıb. Yuta ştatı qubernatoru Spenser Koks hadisənin siyasi sui-qəsd adlandırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:ABŞ da bayraqlar yarıya qədər endirilib
27 Avqust 2025 23:05
Matəmə görə bayraqlar yarıya qədər endirilib Fotolar
26 Dekabr 2024 11:46
Azərbaycanın Türkiyədəki səfirliyində bayraqlar yarıya qədər endirilib
22 Yanvar 2025 18:24
TDT nin katiblik binasında bayraqlar yarıya qədər endirilib
22 Yanvar 2025 14:18
Bayraqlar yarıya qədər endirildi... FOTOLAR
26 Dekabr 2024 00:57
Baxış sayı:117
Bu xəbər 11 Sentyabr 2025 03:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















