Icma.az
close
up
RU
Siyasi motivli, qərəzli yanaşma

Siyasi motivli, qərəzli yanaşma

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

AŞPA-da Gürcüstan əleyhinə kampaniya

Son aylar Gürcüstan beynəlxalq platformalarda, xüsusilə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Avropa İttifaqının (Aİ) müxtəlif strukturlarında artan siyasi tənqid və təzyiqlərlə üz-üzə qalıb. Qərbin rəsmi dairələri və beynəlxalq qurumlar tərəfindən irəli sürülən ittihamlar Gürcüstanda siyasi vəziyyətə və qanunvericilik təşəbbüslərinə dair təkcə narahatlıq ifadəsi deyil, həm də ölkənin suveren seçiminə, daxili siyasətinə və milli dəyərlərinə birbaşa müdaxilə kimi qiymətləndirilir.

2025-ci ilin iyun ayında AŞPA-da Gürcüstanla bağlı keçirilən müzakirələr rəsmi Tbilisi və yerli ictimaiyyət tərəfindən açıq şəkildə qərəzli və birtərəfli yanaşma kimi qəbul olunub. Müzakirələr zamanı Gürcüstan hakimiyyətinin, guya, “siyasi repressiyaları gücləndirdiyi”, müxalifət nümayəndələrinin təqib və həbslərinə yol verdiyi iddia olunub. Avropalı deputatlar rəsmi Tbilisiyə qarşı sanksiyaların tətbiqini və Avropa İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət verilməsini təklif ediblər. Qeyd olunmalıdır ki, bu ittihamlar Gürcüstan nümayəndə heyətinin iştirakı olmadan səsləndirilib. Bu isə obyektiv və ədalətli müzakirə prinsiplərinə ziddir.

Əslində, bu, AŞPA-nın Gürcüstana qarşı təzyiq kampaniyasının növbəti mərhələsidir. Hələ 2025-ci ilin yanvarında AŞPA Gürcüstanda “xarici agentlər haqqında” və LGBT təbliğatına qarşı qanun layihəsinin qəbulunu əsas gətirərək Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz edib. Bundan əvvəl isə – 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələri tam demokratik hesab edilməyib, vətəndaş cəmiyyətinə təzyiqlər və ifadə azadlığının məhdudlaşdırılması iddiaları irəli sürülüb.

AŞPA-nın təklif etdiyi “bütün hüquqların qaytarılması” üçün şərtlər açıq şəkildə ölkənin daxili işlərinə müdaxilə xarakteri daşıyır. Bu tələblərə təkrar parlament seçkilərinin keçirilməsi, bütün “siyasi məhbusların” azad edilməsi, polis zorakılığının araşdırılması və “antidemokratik qanunvericiliyin” ləğvi daxildir. Rəsmi Tbilisi isə bu tələbləri ultimatum sayaraq qəti şəkildə rədd edib, üstəlik, cavab olaraq AŞPA-dakı nümayəndə heyətini geri çağırıb. Gürcüstan hakimiyyəti Aİ-yə qarşı açıq ittihamlarla çıxış edərək, Avropa qurumlarını ikiüzlü və qeyri-səmimi siyasət yürütməkdə günahlandırır. Məsələ burasındadır ki, Aİ, eyni zamanda, Gürcüstandakı bəzi QHT-ləri maliyyələşdirir və onlar ölkədə etiraz aksiyaları və siyasi təxribatların təşkilində fəal iştirak edirlər.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin maliyyələşdirdiyi QHT-lərin hakimiyyətin devrilməsi çağırışları ilə çıxış etdiyini açıq şəkildə bəyan edib. O qeyd edib ki, “Beynəlxalq Şəffaflıq – Gürcüstan”, “Safari” və bu qəbildən olan təşkilatlar Aİ-nin maliyyə dəstəyi ilə Tbilisidə mitinqlər təşkil edir, çıxışların məzmununu və səhnəyə kimlərin çıxacağını müəyyənləşdirirlər.

Xüsusilə “Safari” təşkilatının rəhbəri Baya Pataraiyanın bu proseslərdə bilavasitə rol oynadığı və Aİ vəsaiti ilə dolandığı qeyd edilib. Parlament sədri bu vəziyyətin təkcə siyasi mülahizə deyil, fakt olduğunu vurğulayıb və Aİ-ni açıq və dürüst mövqe bildirməyə çağırıb.

Qərbin artan təzyiqlərinə və daxili işlərə müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan rəhbərliyi milli maraqlara və suverenliyə əsaslanan siyasi kursunu davam etdirir. Baş nazir İrakli Kobaxidzenin iyunun 27-də parlamentdə çıxışı bu xəttin təsdiqi oldu. Kobaxidze vurğuladı ki, iqtisadiyyat Gürcüstanın inkişafının, sosial rifahın və ölkənin beynəlxalq mövqeyinin güclənməsinin əsas təməlidir. Baş nazirin sözlərinə görə, hakimiyyət daxili sabitliyi və milli dəyərləri qorumaqla paralel olaraq iqtisadi göstəriciləri gücləndirir, investisiya mühitini yaxşılaşdırır və sosial layihələrə önəm verir. Tbilisinin bu siyasəti təkcə siyasi çevrələrdə deyil, geniş ictimaiyyətdə də dəstək qazanır. Gürcüstan hakimiyyəti hesab edir ki, ölkənin gələcəyi yalnız milli maraqlara və daxili siyasi konsensusa əsaslanan inkişaf yolu ilə təmin edilə bilər.

Gürcüstana qarşı beynəlxalq təzyiqlər, xüsusilə AŞPA və Aİ səviyyəsində yürüdülən qərəzli siyasət ölkənin suveren hüquqlarının açıq şəkildə pozulması kimi qiymətləndirilir. Gürcüstanın seçdiyi milli kurs, dəyərlərin qorunması və siyasi müstəqillik istiqamətində atılan addımlar Qərbin ikili standartlarına və daxili işlərə müdaxilə cəhdlərinə qarşı prinsipial mövqe ilə müşayiət olunur. Aydındır ki, Aİ və 
AŞPA-nın Gürcüstana qarşı irəli sürdüyü iddialar və tələblər, əslində, bu ölkəni “Avropa standartları” adı altında siyasi və hüquqi cəhətdən asılı vəziyyətə salmaq cəhdidir. Lakin Tbilisinin indiki mövqeyi göstərir ki, Gürcüstan xalqının iradəsinə və ölkənin suverenliyinə söykənən siyasət Qərbin təzyiqlərinə baxmayaraq davam etdiriləcək. 

Mövzu ilə bağlı Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov XQ-yə bildirdi ki, Avropa İttifaqı və ya AŞPA tərəfindən Gürcüstanın daxili işlərinə müdaxilər davam edir: “Bu qurumlar müxtəlif yollarla dövlətin daxili işlərinə qarışırlar. Bu işdə QHT-lər, bəzi media qurumları və müxtəlif siyasi dairələr fəallıq göstərirlər. Xatırladım ki, Gürcüstanda 25 minə yaxın QHT fəaliyyət göstərirdi ki, onların da əksəriyyəti xaricdən maliyyələşirdi. Nəticədə Avropa qurumları onlardan öz maraqlarına uyğun şəkildə istifadə edirdi. Artıq bunun qarşısı alınıb və yeni qanunlar qəbul olunub. Əlbəttə, Brüssel Tbilisiyə təsir vasitəsini itirmək istəmir. Ona görə də, qanunların qəbuluna qarşı sərt bəyanatlarla çıxış edib”. 

Ekspert onu da qeyd etdi ki, Gürcüstan Zaqafqaziyada AŞPA-da fəaliyyətini dayandıran yeganə dövlət deyil: “Azərbaycan da bu qurumun ikili standartları ilə qarşılaşıb. Ölkəmiz bu məsələdə daim Gürcüstanı dəstəkləyib. Bəli, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Bu mövqe təkcə siyasi bəyanatlarla məhdudlaşmır, eyni zamanda, iqtisadi layihələr, enerji əməkdaşlığı və təhlükəsizlik sahəsində konkret addımlarda öz əksini tapır. Bu, yalnız dostluq jesti deyil, bölgədə sabitlik, inkişaf və əməkdaşlıq üçün strateji zərurətdir. İki ölkə arasında formalaşan etibarlı tərəfdaşlıq modeli həm Cənubi Qafqazın, həm də daha geniş coğrafiyanın təhlükəsizliyinə və rifahına töhfə verir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri