Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları da var.
Məlumata görə, keçirilən tədbirlər çərçivəsində Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyənləşdirilməsi məqsədilə müxtəlif yerlər və obyektlər yoxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozaraq Gürcüstan ərazisində olduqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.
DİN bildirib ki, qanunvericilikdə dəyişikliklərin qüvvəyə minməsindən sonra Miqrasiya İdarəsi tərəfindən 160 xüsusi immiqrasiya nəzarəti tədbiri keçirilib. Bu tədbirlər çərçivəsində ümumilikdə 18 min xarici vətəndaş yoxlanılıb, müəyyən edilən 1 000 qanunsuz miqrant isə artıq Gürcüstandan çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















