Icma.az
close
up
RU
Siyasi sabitlik və iqtisadi inkişaf sosial yüksəlişə təkan verib

Siyasi sabitlik və iqtisadi inkişaf sosial yüksəlişə təkan verib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ilin ümumi tərəqqisinin mənzərəsi belədir

Ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində ötən il iqtisadiyyatın neftdən asılılığı minimuma endirilib və sahibkarlığın inkişafını şərtləndirən rəqabətqabiliyyətli milli iqtisadiyyatda yeni mərhələnin əsası qoyulub. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsi, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi kimi məsələlər də diqqətdə saxlanılıb.

Hesabat dövründə iqtisadiyyatın əsasını təşkil edən sənayedə yeni istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra olunub, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlər sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına da mühüm töhfələr verib.

Bu baxımdan 2024-cü il də ölkə sənayesi üçün dinamik inkişaf dövrü kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən hesabat ilində 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri-neft-qaz sektorunda isə 7,3 faiz çoxalıb. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Hesabat dövründə aqrar məhsullar 4,4 faiz (701,7 milyon dollar), aqrar-sənaye məhsulları 58,3 faiz (287,3 milyon dollar) çoxalıb. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dollar təşkil edib. Bu sahədə ən yüksək gəlir pambıq mahlıcı ixracından əldə olunub. Belə ki, son bir ildə bu növ məhsulun ixrac dəyəri 63,3 faiz artaraq 160,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla hesabat dövründə xarici ticarət dövriyyəsi 42 milyard 814 milyon dollar, o cümlədən ixracın dəyəri 24 milyard 42 milyon dollar, idxalın dəyəri 18 milyard 772 milyon dollar təşkil edib, nəticədə 5 milyard 270,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2023-cü ilin yanvar–noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalıb, idxal isə 0,6 faiz artıb.

Bütün bu göstəricilər deməyə əsas verir ki, hesabat ilində respublikada ixrac potensialının gücləndirilməsinə də mühüm önəm verilib, bu istiqamətdə çoxsaylı mühüm layihələr reallaşdırılıb. Ölkənin gömrük prosedurları sadələşdirilib, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub. Bütün bunlarla yanaşı, rəqabətin inkişafı ilə bağlı layihələr reallaşdırılıb, yeni Rəqabət Məcəlləsi qəbul edilib, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət gücləndirilib. Standartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. Belə bir şərait isə qeyri-neft sektorunda məhsul istehsalının artmasına səbəb olub. Bu da ixracın strukturunun genişləndirilməsinə imkan yaradıb.

Lətif ZEYNALLI,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında səsləndirilən göstəricilərə əsaslanıb deyə bilərəm ki, bu dövr Azərbaycanın müasir tarixinə mühüm siyasi və iqtisadi hadisələrin baş verdiyi il kimi daxil olub. Ötən il ölkə iqtisadiyyatı üçün dayanıqlı inkişaf, mühüm investisiya layihələri və sosial islahatlarla yadda qalıb. COP29 kimi qlobal əhəmiyyətli tədbirin Bakıda keçirilməsi və ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirib. Eyni zamanda, nəticələr göstərir ki, makroiqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, ÜDM həcmi artıb, qeyri-neft sektoru da inkişaf edib.

Hesabat ilində dövlətin valyuta ehtiyatlarının artması, xarici dövlət borcunun azalması, inflyasiyanın illik 4,9 faiz, orta illik 2,2 faiz səviyyəsində qeydə alınması dayanıqlı iqtisadi artıma zəmin yaradıb. Bundan başqa, dövlət büdcəsinin gəlirlərinin 102 faiz, xərclərinin isə 95 faiz icra edilməsi fiskal intizamın və maliyyə idarəetməsinin səmərəliliyinə dəlalət edib. Sənaye zonalarında istehsal həcminin 3,3 milyard manata çatması, o cümlədən 1,1 milyard manatlıq ixracın həyata keçirilməsi sənayenin inkişafında müsbət dinamikanın davam etdiyini göstərib.

Sosial sahələrdə də böyük islahatlar həyata keçirilib. Belə ki, dövlət büdcəsinin böyük bir hissəsi sosial sahələrə ayrılaraq, pensiya və sosial yardımlar artırılıb, müharibə əlilləri və şəhid ailələrinə xüsusi diqqət göstərilib. Bu islahatlar sosial rifahın yaxşılaşdırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mühüm addımlar olub.

Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində də 2024-cü ildə irəliləyişlər əldə edilib. Genişmiqyaslı minatəmizləmə işləri və müdafiə xərclərinə ayrılan vəsait ölkəmizin müdafiə qabiliyyətinin güclənməsinə xidmət edib. 2025-ci ildə 65 min hektardan artıq ərazinin təmizlənməsi planı isə həm iqtisadi, həm də sosial baxımdan mühüm önəm daşıyıb.

2025-ci ilin dövlət büdcəsində qəzalı binalarla bağlı problemlərin aradan qaldırılması və vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu addım sosial rifahın artırılması və şəhər infrastrukturunun müasirləşdirilməsi, əhalinin təhlükəsiz və rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində dövlətin davamlı siyasətinin tərkib hissəsinə çevrilib.

Bundan başqa, 2025-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi dirçəlişi, müasir infrastrukturun qurulması və dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətlərində genişmiqyaslı layihələrin icrasına yönəldiləcəyi nəzərdə tutulub.

İşğaldan azad olunan ərazilərdə inkişafın təmin edilməsi məqsədilə yatırılan investisiyalar məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirəcək və bölgənin iqtisadi potensialını daha da gücləndirəcək. Eyni zamanda, 2025-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır–Naxçıvan qaz kəmərinin açılışı qədim diyarımızın enerji təhlükəsizliyini və təminatını daha da artıracaq.

Beləliklə, təqdim olunan hesabatdan da aydın olur ki, ümumilikdə, 2024-cü il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb. Ölkənin beynəlxalq əlaqələri güclənib, iqtisadi dayanıqlılıq təmin olunub və sosial siyasət inkişaf etdirilib. 2024-cü ildə əldə olunan nailiyyətlər və 2025-ci ildə planlaşdırılan layihələr Azərbaycanın gələcək inkişafına təkan verərək ölkənin siyasi və iqtisadi gücünün artırılması istiqamətində mühüm addımların atılmasına şərait yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see222

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see171

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see131

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see129

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see127

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri