Icma.az
close
up
RU
Siyasi təşkilat və partiyalar lağ obyektinə çevrilib SƏBƏBLƏR KONKRET

Siyasi təşkilat və partiyalar lağ obyektinə çevrilib SƏBƏBLƏR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər ictimaiyyət arasında, sosial şəbəkələrdə və mediada maraqlı tendensiya yaşanır. Əslində, əvvəllərdə diqqət mərkəzində olan və zaman-zaman müzakirə obyektinə çevrilən bu məsələ hazırda gün daha çox aktuallaşıb. Belə ki, ölkədə fəaliyyət göstərən partiyalara, siyasi təşkilatlara artan biganəlik, hətta onların məsxərə obyektinə çevrilməsi, qeyri-ciddi təəssürat bağışlaması diqqətdən yayınmır. Həmçinin, bu partiya və təşkilat nümayəndəlrinin bir araya gəlməsi də ciddi qəbul edilmir və ölkə ictimaiyyəti hesab edir ki, bu amil dünya təcrübəsi ilə tərs mütənasiblik daşıyır və özünü açıq şəkildə biruzə verir. Maraqlıdır, bəs dünya təcrübəsində necədir? Siyasi partiya və təşkilatların ciddiyyəti və nüfuzunun azalması nə ilə bağlıdır?

KONKRET.az mövzunu araşdırıb. Niderlandda yaşayan azərbaycanlı jurnalist Vüqar Abbasov: “Əvvala oradan başlayım ki, çox istəyərdim ki, bu sualı müxalifət partiyaların birinin, yaxud da bir neçəsinin rəhbərlərinə də ünvanlayasınız. Mənə də maraqlıdır ki, özləri bu suala necə cavab verərdilər. Mənə elə gəlir ki, Azərbaycan müxalifəti zamanında həm xalq və həm də hakimiyyət tərəfindən kifayət qədər ciddiyə alınırdı və məhz bu ciddiyə alınmanın səbəbi idi ki, müxalifət hazırkı duruma düşdü, yaxud da salındı.

Yaxın tarixə baxsaq görərik ki, vaxtilə müxalifətdə ziyalılarımızın, xalq arasında sözü ciddiyə alınacaq şəxslərin sayı çox idi. Bundan başqa, ölkədə mətbuatın durumu da indikindən fərqli idi, əks fikirlərə az-çox yer verilirdi. Bu gün müxalifət, iqtidar məsələsi deyil, həm də bir ziyalı qıtlığı yaşandığını görmək mümkündür, məncə. Cəmiyyətdə sözü keçən ziyalılarımız əvvəlki zamanlarla müqayisədə azlıq təşkil edir. Mövcud, özünü ziyalı hesab edənlərin əksəriyyəti isə bu və ya digər səbəblərdən düz bildiklərini belə deməyə, yazmağa ehtiyat edirlər, hər halda mən belə müşahidə edirəm. Bu da cəmiyyətdə onların ziyalılığına şübhə yaradır. Yəni demək istəyirəm ki, məsələ tək müxalifətdə deyil, həmçinin cəmiyyətdə sözü keçən ziyalıların da az olmasındadır ki, bu da müxalifətin də fəaliyyətinə təsirsiz ötüşmür, deyə düşünürəm”.

“Gələk konkret müxalifətə. Birinci oradan başlayaq ki, burada müxalifət özünün də səhvlərini görməlidir, deyə düşünürəm. Hər şeyi iqtidarın boyununa atmaq da düzgün deyil. Məsələn, zamanında iqtidar bir çox müxalifət təmsilçini öz tərəfinə çəkməyi bacardı, nəyin hesabına olsa da. Bu da bir siyasətdir. İqtidar təbii ki, öz mövqeyini qorumaq üçün addımlar atmalıdır və bu da o addımlardan biri hesab oluna bilər. Amma təsəvvür edin, cəmiyyətdə müəyyən nüfuza malik müxalifət siması bir müddət sonra hakimiyyəti mədh edir. Sizcə, belə olan halda xalqda müxalifət düşərgəsinə inam azalmazmı? Məncə, azalar və bu hal o qədər çoxluq təşkil etdi ki, artıq adiləşdi.

Digər tərəfdən, “Eyni hərəkəti edib fərqli nəticələr gözləmək ağıllı hərəkət deyil”, – deyə bir deyim var. Müxalifət isə illərdir, təxminən eyni sözləri deyir, eyni hərəkəti edir və təbii ki, nəticə də eynidir. Konkret sualınıza gəlincə ki, niyə bir neçə müxalifətçi bir yerə yığışanda istehza yaradır, belə deyərdim ki, bu, müxalifət partiyaları əvvəlki illərdə də bir yerə yığışaraq müxtəlif adlar altında birliklər yaratdıqlarını elan ediblər. O birliklərin bir nəticəsi oldumu? Mən görmədim. Bir sözlə, illərdir eyni sözlər, eyni hərəkətlər. Açıq deyim ki, şübhə edirəm ki, bu partiyaların hər hansı birinin məqsəd və məramı, fikirləri xalqın böyük hissəsinə məlum olsun. Bu partiyaların hansının saytı var və hansı birinin saytı aktiv olaraq yenilənir? Məsələ tək problemləri göstərmək, tənqid etməkdə deyil, həm də öz edəcəkləri demək və insanları buna inandırmaqdadır.

Konkretləşdirərək belə deyim, bu partiyaların hansı biri xalq arasında ciddi qəbul olunmaları üçün nə edib və nə edir və nə etməyi düşünür?. Qaldı xarici ölkələrdəki müxalifət partiyalarına, güman edirəm ki, Qərb dövlətlərini nəzərdə tutursunuz. Bu dövlətlərdə müxalifətin olmasını, normal fəaliyyət göstərməsini xalq da istəyir, iqtidar özü də. Çünki iqtidar anlayır ki, bu gün iqtidarda olsalar da, sabah müxalifətdə ola bilərlər və bu zaman onların da fəaliyyəti üçün münasib şəaraitin olması lazımdır. Buradakı hər bir partiyanın da konkret proqramı var, necə deyərlər, rəngləri də, məramları da, məqsədləri məlumdur. Bir yerdə toplaşanda da nə üçün toplaşdıqlarını və nə etmək istədiklərini bilirlər. Əslində bu sualınız çox geniş təhlil və cavab istəyir. Ancaq qısa olaraq bunları deyə bilərəm”.

Jurnalist, ictimai xadim Ələsgər Əhmədoğlu: “Bu mövzu iki önəmli məsələni gündəmə gətirir. Birincisi odur ki, Azərbaycanda media seqmentinin peşəkar olmayıb, xüsusən də sosial medianın konkret olaraq ortaq siyasi tərəflərin təsiri altında olan trol qrupları ilə idarə olunmasıdır ki, burda siyasi rəqiblər bir-birini gözdən salmaq üçün bu tip lağ obyektinə və aşağılayıcı ifadələrə yol verərək ciddiyəti aşağı salmağa çalışırlar. Bu, əlbəttə ki, peşəkar medianın yoxluğu, zəifliyi, eyni zamanda troll qruplaşmasının mediada aktiv olması və bu qruplaşmanın siyasi çıxarlar gözləyərək əldə saxlanılan tərəflər olduğunu düşünəndə, yekun nəticə bu olur ki, onlar məqsədini bu cür ifadə edirlər.

İkinci önəmli məqam isə, ölkədə siyasi atmosferin ciddi şəkildə ziddiyyətlərlə dolu olmasıdır. Yəni dünyanın bir çox demokratik ölkələrində siyasi tərəflər kifayət qədər ambisiyalı olsalar da, qarşılıqlı hörmət çərçivəsində fəaliyyət göstərirlər. Yəni daha çox fəaliyyətə yönələn tənqidlər baş verir, şəxsiyyətə toxunan təhqirlər baş vermir. Azərbaycanda isə təəssüf ki, siyasi müxalifət dedikdə artıq düşmən obrazı ilə eyniləşdirilir və avtomatik olaraq, xüsusən trol dəstələri siyasi müxalifəti düşmən obrazında görür və onların fəaliyyətinə yox, şəxsiyyətini alçaldan format seçirlər. Bu da ikinci önəmli məqamdır ki, cəmiyyətdə siyasi yetkinlik yoxdur və təəssüf ki, bu qarşılıqlı siyas etimad və mədəniyyət olmadığı üçün bu nəticəyə gəlib çıxır. Hər ikisi təbii ki, demokratik cəmiyyət problemidir. Təbii ki, cəmiyyət demokratik olmayanda bu tip marjinal yanaşmalar ön planda olur”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev: “Həqiqətən də son zamanlar Azərbaycanda siyasi təşkilatlara münasibət heç də yaxşı deyil. Bu, ilk növbədə onunla bağlıdır ki, Azərbaycanda siyasi təşkilatlar siyasi instutlar kimi küncə sıxışdırılıb, aradan çıxıb. Vaxtı ilə Azərbaycanda seçki məcəlləsinə dəyişiklik edilərək proporsional seçki sistemi aradan götürüldü. Hazırda onu deməki olar ki, Azərbaycanda faktiki olaraq siyasi təşkiatlar təşkilat olmaqdan çıxıb, dərnək səviyyəsinə enib.

Digər tərəfdən, Azərbaycanda son zamanlar bir məsələ də müzakirə mövzsudur ki, burada belə, təhlil istəyənlər daha azdır. Hadisələrə bir növ qaragüruh yanaşma var. Fikir versəniz, ölkə xaricində fəaliyyət göstərən, çıxışları söyüşdən ibarət olan şəxslərin internet kanallarındakı çıxışlarına baxış daha çoxdur, nəinki digərlərinə. Bu da cəmiyyətin özünün anormallığıdır. Yəni söyüş, lağ və təhqir obyekti axtarırlar. Pozitiv heç nə yoxdur. Biz illərdir deyirdik ki, torpaqlarımız işğaldan azad edilsin və ərazilərimizn təqribən 85 faizi işaldan azad edilib.

Əgər siyasi təşkilatlar yaxşı deyilsə belə, cəmiyyətin içində olan ayrı-ayrı adamlar çıxıb, pozitiv fikirlər söyləməli, çiyinlərini yükün altına qoymalıdırlar. Amma onlar məsuliyyət daşımadıqlarını deyir, həm də məsuliyyət daşıyanları tənqid edirlər.

Bir sözlə, əgər, ölkədə problem varsa, bunu partiyaların adına yazmaq olmaz, çünki bu, hamının problemidir. Almanların bununla bağlı bir məsəli var: “Dövlət çətinə düşəndə hər bir alman dövləti xilas edə biləcəyi amalla yaşayır”. Amma Azərbaycanda belə deyil. Lağlağı ilə məşğul olurlar. Hesab edirəm ki, bu yanlış olsa da, təəssüf ki, reallıqdır. Məsələn, Azərbaycanda böyük əksəriyyət sosial şəbəkələrdən imtina edir. Çünki sosial şəbəkələr bir növ Azərbaycan timsalında götürəndə neqativ əhval-ruhiyyə yaymaqla məşğuldur. Amma hesab etmirəm ki, bu cür kampaniyalarla ölkəyə xeyir vermək olar. Bəzi adamlar da var ki, onlara bu, sərf edir. Yəni prosesi körükləsin, bununla reytinq qazansın, cibinə pul qoysunlar, nəsə satdığına kömək etsinlər və s. Biz dünyanın getdiyi mədəni, intellektual, demokratik yolla getməli və hər kəs də buna qatıqısnı qoymalıdır. Siyasi təşkilatlardan da nəsə tələb etmək üçün birinin tərkibinə qoşulmaq lazımdır. Yox, bu ölkədə siyasi təşkilatlar pisdirsə, hamı lağlağı edirsə, onda zəhmət çəkib, yükə sahib çıxsınlar”.

Mərahim Nəsib,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see276

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see235

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see169

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see132

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see127

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see120

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see120

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see119

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see119

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see115

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see114

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see114

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Rubio etiraf edir...

21 May 2025 19:47see113

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri