Icma.az
close
up
RU
Makron gülüş obyektinə çevrilib

Makron gülüş obyektinə çevrilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Fransa prezidenti Qafqazda sülh prosesinə mane olmaq üçün hər oyundan çıxır 

Əgər Fransa prezidenti Emmanuel Makronun Ukraynadan tutmuş İrana kimi, eləcə də digər məsələlərdə apardığı siyasət obyektiv qiymətləndirilərsə, Fransanın riyakar siyasətini və Makron hökumətinin gülüş obyektinə çevrilməsini görmək mümkündür.

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ və beynəlxalq yəhudi diasporunun populyar nəşri “Jewish News Syndicate”də dərc olunmuş “Riyakar mövqe Emmanuel Makronu gülüş obyektinə çevirir” başlıqlı məqaləsində yazıb. Qeyd olunub ki, fransızlar üçün insan haqları öz imperiya maraqlarını genişləndirmək məqsədi daşıyan döyüş fəryadından başqa bir şey deyil. “Bloomberg”in son hesabatına görə, Fransa 2024-cü ildə Rusiyadan rekord miqdarda təbii qaz idxal edib. Bu, o deməkdir ki, Makron Paris görüşündə Zelenski və Trampın yanında dayansa da, nəzəri cəhətdən Ukraynanı və Rusiyaya qarşı sanksiyaları dəstəkləsə də, əməldə bunlara riayət etmir. Axı Rusiya qazı Fransa bazarlarından bütün dünyaya satıla bilər və bu, Makronun Rusiya əleyhinə çıxışını kifayət qədər mənasız edir. Fransa bazarındakı reallıq Makronu gülüş obyektinə çevirir.

O, diqqətə çatdırıb ki, Fransanın riyakar mövqeyinin başqa bir nümunəsi rəsmi Parisin Tehranla sıx əlaqələridir. Ermənistanın vasitəçiliyi ilə Fransa və İran arasında geniş əməkdaşlıq mövcuddur. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanla Makron arasında keçirilən görüşdə Fransa lideri erməni həmkarına İrana mesajların çatdırılması ilə bağlı müasir üstüörtülü təlimatlar verib. Sabiq nazir Avropa İttifaqının İrana qarşı daha çox sanksiyalar tətbiq etdiyi halda, Makronun Ermənistan vasitəsilə İranla gizli danışıqlar aparmasını riyakarlıq adlandırıb.                            

Məqalədə, eyni zamanda, bildirilib ki, Fransanın İran və Ukraynaya qarşı yürütdüyü siyasət riyakarlığın yeganə nümunəsi deyil. Belə ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin başlanğıcından Fransa özünün ATƏT-in Minsk qrupundakı bitərəf vasitəçi roluna zidd, qərəzli mövqe nümayiş etdirib. Minsk qrupu ilə əməkdaşlıq çərçivəsində Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün səylərini əsirgəməyib.

İsrailli siyasətçi yazısında Fransanın Korsika ilə yanaşı, öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən digər dənizaşırı ərazilərə qarşı da müstəmləkəçilik siyasəti apardığını vurğulayıb: “Fransızlar üçün insan haqları onların imperiya maraqlarına xidmət edən vasitədir. Beləliklə, Azərbaycanın Qarabağa haqqı yoxdur, amma fransızların başqa ölkələri müstəmləkə etmək, imperiya təsir dairəsini genişləndirmək hüququ var. Bu riyakar mövqe Makronu gülüş obyektinə çevirən daha bir misaldır”.

Ə.PAŞA 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri