Icma.az
close
up
RU
Siyasi zəkasızlar və saxtaniyyətlilər: Dövrün problemləri

Siyasi zəkasızlar və saxtaniyyətlilər: Dövrün problemləri

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünyanın siyasi mahiyyəti bu gün sarsıdıcı şoklar yaşamaqla bərpa oluna bilmir. 

Çünki lazımlı və lazımsız müharibələr ard-arda tətbiq etdikləri şoklarla dünya siyasətini gərgin, anlaşılmayan və sıxıcı vəziyyətdə saxlayır. 

Bu isə bəşəriyyətə  proqnozlaşdırılması çətin olan yeni siyasi dövrlər yaşadır. Amma bəşəriyyətin bu proseslərə reaksiyası adekvat görünmür.

Biz bilirik ki, insan yaşadığı mühitə tabedir və onu məhz həmin mühit yetişdirir. İnsan bir anlıq özünü o mühitdən ayıra bilsə, dünyanın siyasi mənzərəsi daha aydın görünər.

Lakin bunu hər kəs bacarmır. Çünki bu, yalnız siyasi-strateji düşüncə sahiblərinə xasdır. Nəzərə alsaq ki, bəşər cəmiyyəti tam şəkildə siyasi deyil, bu xüsusiyyət yalnız siyasilərə aid ola bilər. 

Belə reallıqlarla üz-üzə qaldıqda, strateji düşünmək, populizmdən uzaq durmaq, məlumatları analiz etmək, beynəlxalq münasibətləri anlamaq, siyasi zəka və dürüstlük, reallığı düzgün oxumaq, prinsipiallıq və şəffaflıq vacibdir.

Bu gün İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir. Qərarlarının uzunmüddətli nəticələrini hesablayır, həm daxili, həm də beynəlxalq vəziyyəti ayıq və sistemli şəkildə qiymətləndirir. 

Mövqeyində illərdir sabit qalaraq çeviklik nümayiş etdirir və ictimaiyyətə qarşı açıq davranır. Nəticə etibarilə, bu cür yanaşma və kombinasiyalar dayanıqlı və effektiv siyasətlə ölkəmizi irəli aparır, zəfərlərin əldə olunmasına şərait yaradır. 

Ağıllı düşüncə, təmiz niyyət və məsuliyyət sayəsində bu inkişafa nail olduq və bu uğurları qazandıq. Çox təəssüf ki, bəzi saxtaniyyətlilər və zəkasızlar riyakar və ağılsız siyasətləri ilə qazandığımız qələbələrin üstündən xətt çəkmək niyyəti ilə xarici və daxili düşmənlərin əlində alətə çevrildilər. 

Bu tip insanlar ictimaiyyət qarşısında başqa, pərdə arxasında isə başqa cür davranmaqla, milli maraqları şəxsi və xarici maraqlara qurban verməklə, manipulyasiya və yalan informasiyalar yaymaqla, milli ideologiyadan özləri üçün alət kimi istifadə etməklə cəmiyyəti aldatmaq, dövlətin inkişafına zərbə vurmaq və insanlarda siyasətə inamı azaltmaqla məşğul olurlar. 

Bu saxta niyyətlilər öz layiqli cəzalarını almalıdırlar. Cəza alanlar da var, lakin bu prosesləri davam etdirən və cəzasız qalanlar da mövcuddur. Onlar da mütləq cəzalandırılmalıdır. Bu təhlükəli oyunlarla oynamaq yalnız ağılsızlıq və zəkasızlığın birləşməsi ilə mümkün olur. 

Lakin cənab Prezident zəka və müdrik idarəetmə ilə ölkəmizi dünya siyasətində ən uca zirvələrə qaldırdı və bu saxta niyyətlilərin niyyətlərini gözlərində qoydu. Tarix boyu dövlətlərin taleyi iki amildən asılı olub: liderlərin düşüncə səviyyəsi və niyyətlərin səmimiliyi. 

Bu gün biz böyük nəticələr əldə etməklə bu amillərin şahidi olduq və bu tarixləri dövlətimizin aktivinə yazdıq. Biz bu düşüncənin, bu amalın və bu niyyətin arxasınca gedir və onu müdafiə edirik. Bu uğurlar bir tarixdir səmimiyyətin tarixidir. 

Hər şey Vətən üçün,  hər şey Azərbaycan üçün!

Ramil Hüseynov,
"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Aprel 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri