Icma.az
close
up
RU
Siyavuş Novruzov: COP29a qatılmayanlar qəbul olunacaq sənədlərin mahiyyətini və hüquqi qüvvəsini aşağı sala bilməzlər

Siyavuş Novruzov: COP29a qatılmayanlar qəbul olunacaq sənədlərin mahiyyətini və hüquqi qüvvəsini aşağı sala bilməzlər

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov Almaniyanın Federal kansleri Olaf Şoltsun COP29 tədbirində iştirakdan imtina etməsinə münasibət bildirib.

Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, 200-dən artıq dövlət COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib: "Azərbaycan tədbirə çox yüksək səviyyədə hazırlıq işləri aparıb. İndiyə qədər Azərbaycanda bütün beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilib. "Avroviziya" standartlarını Azərbaycan elə dəyişdi, hər kəs dedi ki, gərək, bundan sonra bütün ölkələr bu standartlara uyğunlaşsınlar. Heydər Əliyev Fondu tərəfindən mütəmadi millətlərarası, dinlərarası əlaqələr mövzusunda yüksək səviyyədə tədbirlər keçirilir. COP29-da da istənilən dövlət iştirak edə bilər, istənilən dövlət iştirak etməyə bilər. İqlim dəyişikliyi bəşəriyyət üçün olan məsələdir, Azərbaycanın daxili məsələsi deyil. Dünyada gedən ekoloji prosesləri, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması üçün dövlətlərin güclərinin sərf olunmasıdır. Dünya bir deyil, çoxqütblüdür. İki-üç adam tədbirə gəlmirsə, bunu faciə kimi təqdim etmək lazım deyil. Gəlir gəlsin, gəlmir gəlməsin. Borcumuzu yerinə yetirib  dəvətimizi göndərmişik. Bu, təkcə bizə yox, BMT-yə hörmətsizlikdir. Çünki COP BMT-nin tədbiridir. Biz isə COP29-un təşkilatçısıyıq. Gəlmirlər, özləri bilərlər. Biz də onların tədbirlərində iştirak etmərik. Tədbirə gəlməyənlər burada qəbul olunacaq sənədlərin mahiyyətini və hüquqi qüvvəsini aşağı sala bilməzlər. Əvvəlcədən bəlli idi - Avropa parlamentində qəbul olunan anti-Azərbaycan qərarları, ABŞ Konqresinin Dövlət Departamentinə müraciətləri... Hələ ABŞ-də yeni rəhbərlik hakimiyyətə gəlməyib, yanvar ayında gələcək. Hələlik Bayden hakimiyyətidir. Bayden hakimiyyətinin isə Azərbaycanla münasibətləri aydındır. İdman, musiqi oyunlarını siyasiləşdirdilər. İndi də ekologiya ilə bağlı tədbirləri siyasiləşdirməyə çalışırlar və bundan təzyiq metodu kimi istifadə etməyə çalışırlar. Azərbaycana qarşı daim ədalətsiz qərarlar qəbul etdilər, Ermənistana yardım göstərirlər, Azərbaycan ərazisində cinayət, soyqırımı törətmiş erməni əsilli insanların azadlığa buraxılmasını tələb edirlər və COP29-da bundan istifadə etmək, tədbiri siyasiləşdirmək istəyirlər. Aydındır ki, bu, baş tutmayacaq".

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see140

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see135

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see116

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see113

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri