Icma.az
close
up
RU
Siyavuş Novruzov: Əli Kərimli də, Avropada oturan bloqerlər vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər

Siyavuş Novruzov: Əli Kərimli də, Avropada oturan bloqerlər vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İmişlidə baş verən yol-nəqliyyat hadisəsi böyük faciədir. Allah həyatını itirənlərə rəhmət eləsin. Qəza-qədərdir, artıq olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparır, lazımi tədbirlər görüləcək, cinayətkarlar da cəzalarını alacaqlar. Hadisəyə müxtəlif rəng vermək onsuz da radikal müxalifətin keçmiş xüsusiyyətidir. Əli Kərimli və onun ətrafındakılar istənilən məsələyə siyasi don geyindirməyə çalışırlar. Avtomobil qəzasının Suriyaya nə aidiyyatı var? Dərrakəsi olan adam bilməlidir ki, İmişli ilə Suriyanın bir-biri ilə əlaqəsi yoxdur. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Dünyanın bütün beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. Hələ iki ay öncə 80 ölkənin dövlət başçısı, 76 min insan müxtəlif ölkələrdən COP29-da iştirak etdi, 200-dən artıq dövlət Azərbaycanda beynəlxalq tədbirin keçirilməsinə qərar verdi. Müqayisə aparanda heç olmasa  normal müqayisə aparsınlar”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

Komitə sədri xatırladıb ki, statistikaya görə, 2024-cü il ərzində avtomobil qəzasında 400 nəfərə yaxın insan həlak olub, 500-dən artıq insan isə şikəst qalıb: “İndi bu qəzanın birini törədən polisdir, bəs digər 900-ə yaxın hadisə? Bu qəzaları törədənlər arasında hər kateqoriyadan olan insan - adi vətəndaş da, müəllim də, professor da, biznesmen də var. Hazırda araşdırma gedir, hüquq-mühafizə orqanlarının işinə qarışa bilmərik. Qanun pozuntusu varsa, tədbir görüləcək. Əli Kərimli kimilərin xisləti budur, dövlət, millət, ölkə əleyhinə fikirlər səsləndirmək, insanları qızışdırmaq, düzgün olmayan informasiyalar vermək onların köhnə xüsusiyyətləridir. İstənilən hadisəni şişirdirlər, üstünə əlavə də edirlər, ictimaiyyətə başqa cür təqdim etməklə məşğul olurlar. Azərbaycanda elə bir cinayət hadisəsi yoxdur ki, araşdırılmasın, cinayətkar cəzasını almasın. Avropada oturan “bloqerlər” - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər. Hamısı erməni çörəyi yeyənlərdir. Ermənistanı müdafiə edən Əli Kərimli İmişli hadisəsində nə mövqe tutmalı idi? Aydın məsələdir ki, o və ətrafı bu cür mövqe tutmalıdır. Azərbaycan Ordusunun qələbəsinə sevinməyən, indiyə qədər bir dəfə belə işğaldan azad olunmuş ərazilərin heç birinə  addımını atmayan Əli Kərimli... Bu adam ermənilərin qorxusundan ora gedə bilməz, onu biabır edərlər. Ancaq belə işlərlə məşğul olur. Bu, siyasi proses deyil, məişət və çayxana səviyyəsində olan “siyasətdir””. 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see226

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see153

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see142

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see128

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see127

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see123

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see112

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri